Icma.az
close
up
RU
“Özümü çox yaxşı hiss edirəm və yeni işə tam hazıram”

“Özümü çox yaxşı hiss edirəm və yeni işə tam hazıram”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Ötən mövsüm “Panatinaikos”u çalışdıran və maydan bəri işsiz olan Fatih Terimin yeni iş yeri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, “İmperator” Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Şabab”ın təklifini qəbul edib. Tərəflər hələ ki 6 aylıq anlaşıb. Amma mövsümün sonunda müqavilənin şərti olaraq birillik yenilənməsi ilə bağlı maddə də mövcuddu. 71 yaşlı mütəxəssis yeni klubunda 6 ay ərzində 1,6 milyon dollar qazanacaq! 1947-ci ildə yaradılan “Ə-Şabab” ölkənin 6 qat çempionudu. Amma son çempionluq 2011/12-də qazanılıb. Paytaxt Ər-Riyadı təmsil edən və heyətinin təxminən 50 milyon dollar dəyəri olan “Əl-Şabab”da Yannik Karrasko, Cakomo Bonaventura, Daniel Podense kimi tanınmış futbolçular çıxış edir. Bu komanda cari mövsümə daha öncə iki fərqli dönəmdə “Fənərbaxça”nı çalışdırmış Vitor Pereyranın başçılığı altında başlamışdı. Amma portuqaliyalı mütəxəssis “Vulverhempton”un təklifini qəbul edərək bu yaxınlarda Səudiyyə Ərəbistanından ayrılmağa üstünlük verdi.
“Əl-Şabab” 13 turu arxada qalan Səudiyyə Ərəbistanı çempionatında 7 qələbə, 2 heç-heçə, 4 məğlubiyyətlə 23 xal toplayıb və liderdən 13 xal geridə olmaqla 6-cı pillədə qərarlaşıb. Terimə Levent Şahin və “Qalatasaray”ı 2014/15-də çempion edən Həmzə Həmzəoğlu yardım edəcək. Yeri gəlmişkən, dünən “Əl-Şabab”da daha bir maraqlı təyinat baş tutdu. Dünya futbolunun önəmli isimlərindən olan, bir dönəm “Yuventus”da da çalışan Pavel Nedved idman direktoru vəzifəsinə gətirilib. “Əl-Şabab” türkiyəli məşqçinin başçılığı altında ilk oyununu yanvarın 6-da ölkə kuboku çərçivəsində “Əl-Fayha”ya qarşı keçirəcək. Terim dünən Türkiyəni tərk etməmiş hava limanında jurnalistlərə açıqlamalar verdi.
* Son aylarda həm Avropadan, həm də Asiyadan bəzi təkliflər almışdım. Son günlər “Əl-Şabab” rəhbərliyi ilə apardığım danışıqlar dünən (srağagün – red.) başa çatdı. Həm şahzadəyə, həm də klubun prezidentinə bu müddətdə sərgilədikləri davranışa, hörmətə görə təşəkkür edirəm. Həqiqətən də danışıqlar prosesi çox gözəl şəkildə irəlilədi. İndi Dohaya yollanıram. Çünki komanda Dohada toplanışdadı.
* Yeni macəramız ayın 6-da Kral Kuboku ilə start götürəcək. Çempionatda “Əl-Şabab” bir qədər geridə görünür. Amma mübarizədən çəkilmək və ya bu durumu qəbul etmək niyyətimiz yoxdu. Yuxarı pillələrə qalxmaq üçün əlimizdən gələni edəcəyik. Kubokun önəmini bilirəm. Allaha şükür, işlədiyim hər klubda kubokda yaxşı nəticələrim olub. Komandalarım sonda ya mənlə, ya da mənsiz kuboku qazanmağı bacarıb. Gün ərzində köməkçilərim Levent Şahin ilə Həmzə Həmzoğlu da mənə qoşulacaq. Mərt Çətin ilə Eray Sözən də gələcək. Qapıçılar üzrə, eləcə də atletik performans məşqçisi də olacaq. Yəni ora belə bir geniş heyətlə yollanırıq.
* Səudiyyə Ərəbistanı çempionatı son illərdə bütün dünyanın gözünün üzərində olduğu bir turnirdi. Orda həm şöhrətli futbolçular, həm də şöhrətli baş məşqçilər toplaşıb. Ən əsası DÇ-2034-ə evsahibliyi edəcək bir ölkəyə yollanırıq. Bu macəra mənim özümə də çox maraqlı gəlir. Ötən il də Yunanıstana da dekabrın 27-də yollanmışdım. Belə çıxır ki, hər il dekabr ayına diqqət etməliyik. Bu ayda təyinatım baş tuta bilər.
* “Əl-Şabab” rəhbərliyi ilə anlaşmada bir məqam xoşuma gəldi. Mövsümün sonunda oturub hər şeyi müzakirə edəcəyik. Tərəflər bir-birindən məmnun qalsa, müqaviləni yeniləyəcəyik. Məmnun qalmasa, artrıq başqa şeylər haqda düşünmək olar. Bütün konsentrasiyamı “Əl-Şabab”ın çempionatda və kubokdakı çıxışına yönəldəcəm. Özümü çox yaxşı hiss edirəm və yeni işə tam hazıram. Zatən hazır olmasam, özüm söyləyərdim. Yunanıstanda köməkçilərim arasında Necati Atəş də var idi. Bu dəfə o yoxdu. Amma birlikdə işlədiyim hər kəs mənim üçün dəyərlidi. Rəhbərliklə Nedved haqda da danışdıq. Mən “Fiorentina”da olarkən o, “Yuventus”da idi. Bu klubda gözəl futbolçu karyerasından sonra idman direktoru kimi də əməyi oldu. Onunla birlikdə çalışacağım üçün sevincliyəm. Məncə, doğru seçimdi.
* Turnir cədvəlində önümüzdə yer alan 5 klubdan 4-ü heyətinə görə bizdən üstündü. Mənim də dünya futbolunu təqib edən biri kimi bunlardan xəbərim var. Rəhbərliklə görüşdə transferdən söhbət düşmədi. Onlardan heç bir oyunçunun alınmasını tələb etmədim. Çox tez hərəkət etməli və qərarlar verməliyik. İlk rəsmi oyuna qədər zamanımız o qədər də çox deyil. Bir transfer olacaqsa, bu, ən qısa müddətdə olmalıdı. Amma biz əsasən komandanın və oyunçuların durumunu müzakirə etdik. Burda bəzi tanıdığım oyunçular var. Tanımadıqlarımla bağlı isə məlumat toplamağa çalışıram. Mən yeni işləməyə başladığım klublarda heç vaxt bir futbolçunu öz gözümlə görmədən qovmamışam. Fikrimizi soruşsalar, təbii ki, biz də axsayan mövqelərlə bağlı fikirimizi söyləyəcəyik. Hər kəsə qəzasız-bəlasız bir il arzulayıram.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Yanvar 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri