Icma.az
close
up
RU
Özündən 24 yaş böyük qadına aşiq oldu... Həbs edildi

Özündən 24 yaş böyük qadına aşiq oldu... Həbs edildi

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Mayın 9-da Bakıda daşıma şirkətlərindən birinin kuryeri olan 2002-ci il təvəllüdlü Nurxan Qədimov həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, keçmiş sevgilisi 1978-ci il təvəllüdlü Gülbəniz Əliyevanın (şərti ad-soyadlı) şikayəti əsasında inzibati məsuliyyətə cəlb edilib.

Araşdırmalar zamanı məlum olub ki, G.Əliyeva 2018-ci ildə boşanıb və həmin vaxtdan Nərimanovdakı restoranlardan birində çalışır. Onun təxminən bir il əvvəl restoranda kuryer işləyən Nurxanla münasibəti yaranıb və sevgili olublar. Lakin 1 aya yaxındır ki, Gülbəniz Nurxandan ayrılmaq qərarına gəlib. Buna baxmayaraq, gənc oğlan ondan əl çəkməyərək daim izləməyə, yaşadığı Binə qəsəbəsindəki evinin qarşısında növbə çəkərək qadını və qızını narahat etməyə başlayıb.

Məsələ ilə əlaqədar mayın 9-da Xəzər RPİ-nin 2-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Xırda xuliqanlıq əməlində təqsirləndirilən 23 yaşlı oğlan saxlanılaraq Xəzər Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə Nurxan törətdiyi əməldən peşman olmadığını deyib: “5-6 il olar ki, Gülbənizi tanıyıram, bir il olar ki, daha yaxın olub sevgi münasibəti yaşamışıq. Mən Gülbənizə çox bağlanmışam, son 1 ayda o mənimlə münasibəti kəsmək istədi. Lakin mən ondan əl çəkə bilmirəm, daima görmək üçün Gülbənizin iş yerinə və yaxud yaşadığı yerə gedirəm. Bu da onun narahatlığına səbəb olur.

Gülbənizi 4-5 gün görməsəm, danışmasam, elə bilirəm ki, həyatında kimsə var. Ona görə də yaşadığı ünvana, yaxud iş yerinə gedirəm, onun telefonunu götürüb özümdə saxlayıram. Əməlimdən peşman deyiləm. Yenə də Gülbənizin iş yerinə, o işdə olmadığı vaxt isə yaşadığı evə gedəcəyəm. O, istəməsə də belə, gedəcəyəm. Ona görə ki, Gülbənizə bağlanmışam, ayrıla bilmirəm, onu sevirəm. Onun qızınının verdiyi izahat da doğrudur”.

Qeyd edək ki, G.Əliyeva və qızı izahat verərək Nurxanın məsuliyyətə cəlb olunmasını xahiş ediblər.

Xəzər Rayon Məhkəməsinin qərarı ilə Nurxan Qədimova 5 sutkalıq inzibati həbs verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 May 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri