“Özündən muğayat olmayıb” Elçin Şıxlı müavininin ölümündən yazdı
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
“Şahinin ölüm xəbəri məni olmazın dərəcədə sarsıtdı. Axşam Hacı müəllimin (Hacı Hacıyev) oğlu zəng vurub bu acı xəbəri bildirəndə donub qaldım. İnana bilmirdim”.
Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı müavini Şahin Babayevin ölümü ilə bağlı yazıb.
O qeyd edib ki, Ş.Babayevlə cəmi 2 gün əvvəl danışıbmış:
“Həmişəki kimi soruşdu ki, nə tapşırığın̈ız var? Mən də həmişəki kimi “Özündən muğayat ol” dedim. Gülüşüb sağollaşdıq. Demə özündən muğayat olmayıb...
2006-cı ildə Hacı müəllim məni AJB-yə sədr gətirəndə bircə xahişi olmuşdu: “Şahindən muğayat ol”. 20 il bir yerdə çalışdıq, Hacı müəllim, sözümü tutmağa çalışdım. Amma görünür bura qədərmiş. İndi növbə Sizindir. Yanınıza uçdu. Yeri Uçmaqdır, inşallah.
Nə qədər axtardım birgə şəklimizi tapmadım. Yalnız bir qısa videonu tapdım. Sonuncu dəfə Zərdabi mükafatı törənində mənə dəstək verirdi. Allah rəhmət eləsin, Şahin! Cənnətlik olasan! Əlvida, əziz dost! Yerin çox görünəcək...".
Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev noyabrın 11-də 61 yaşında vəfat edib.
Bu mövzuda digər xəbərlər:Elçin Şıxlı müavininin ölümündən yazdı: Demə özündən müğayət olmayıb
12 Noyabr 2025 08:52
Rusiya telekanalları ölkəmizdə bloklanmalıdır Elçin Şıxlı
03 İyul 2025 17:41
Şahinin hansısa cinayətə görə saxlanılması... Elçin Şıxlı
01 İyul 2025 23:22
Rus dilli məktəblər ödənişli olmalıdır Elçin Şıxlı
01 İyul 2025 14:49
Elçin Şıxlı: Velosiped zolaqları Bakı üçün lazımsızdır
22 Aprel 2025 13:33
Baxış sayı:80
Bu xəbər 12 Noyabr 2025 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















