Özünə biznes qurmaq üçün 1 yaşlı oğlunu satışa qoydu ŞOK
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Ukraynanın Dnepr şəhərində 20 yaşlı qadın iki yaşlı oğlunu 1 milyon qrivnaya (təxminən 41 min manat) satmağa cəhd edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, məhkəmənin qərarı ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, gənc ana əldə etdiyi vəsaitlə biznes açmağı planlaşdırıb.
Qadın Ukrayna Cinayət Məcəlləsinin 149-cu maddəsinin 3-cü hissəsi ilə yetkinlik yaşına çatmayan şəxsə qarşı insan alverində təqsirli bilinib.
İstintaq zamanı müəyyən edilib ki, şübhəli şəxs şəxsi həyatını narahat etdiyi üçün uşağı satmaq qərarına gəlib. Qadın uşağı böyütmək və ona qulluq etmək istəməyib.
Məhkəmə zamanı o, təqsirini etiraf etməyib.
Hökm qanuni qüvvəyə minənədək məhkum həbsdə qalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 10 May 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















