Icma.az
close
up
RU
Özünə kəpənək iynəsi vurub, ÖLDÜ Sosial mediada daha bir TƏHLÜKƏ

Özünə kəpənək iynəsi vurub, ÖLDÜ Sosial mediada daha bir TƏHLÜKƏ

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

14 yaşlı uşaq sosial media trendinə meydan oxumaq istədi, canından oldu

 Braziliyanın Planalto şəhərində 14 yaşlı Davi Nunes Moreira sosial şəbəkədə gördüyü qəribə çağırış nəticəsində həyatını itirib. Gənc oğlan kəpənəyin qalıqlarını su ilə qarışdıraraq ayağına yeridib və septik şokdan faciəli şəkildə ölüb. Hadisədən sonra Braziliya polisi bu ölümcül təcrübənin sosial media trendi olub-olmadığını araşdırır. Hadisə haqqında daha ətraflı...


Sherg.az xəbər verir ki, Braziliyada yaşayan 14 yaşlı Davi Nunes Moreira Planalto şəhərində sosial media platformalarında gördüyü təhlükəli bir çağırış əsnasında ölü kəpənəyin qalıqlarını maye şəkilində ayağına yeridib.

Davi atası ilə oynayarkən ə yaralanıb. Vəziyyəti sürətlə pisləşdiyi üçün ailəsi tərəfindən xəstəxanaya aparılıb. Burada o, ölü kəpənəyi su ilə qarışdıraraq ayağına yeritdiyini etiraf edib.


Səlahiyyətlilər, Davinin təhlükəli infeksiya və zəhərlənmə səbəbindən ağır vəziyyətə düşdüyünü bildiriblər. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, bir həftə davam edən ağrılı prosesdən sonra gənc oğlanı xilas etmək mümkün olmayıb.

Həkimlərin ilkin qiymətləndirmələrinə görə, Davin septik şoka düşüb. Vurduğu qarışığın tərkibindəki toksinlər səbəbindən orqan çatışmazlığı başlayıb və gənc oğlan həyatını itirib.

Polis qrupları, uşağın ölüm səbəbini müəyyən etmək üçün cəsədin yarılmasının yazılı hesabatını gözlədiklərini və bu hadisənin sosial mediada yayılan təhlükəli bir çağırış olub-olmadığını araşdırdıqlarını açıqlayıb.

Davinin atası oğlunun özünə vurduğu iynənin şprisini yastığının altından tapdığını deyib.


“Kəpənəklər zəhərli ola bilər”

San Paulo Universitetinin Zoologiya Muzeyinin direktoru və kəpənəklər üzrə mütəxəssis, professor Marselo Duarte bildirib ki, kəpənəklərin biologiyası kifayət qədər mürəkkəbdir və onların bədən mayeləri insanlar üçün zəhərli də ola bilər. Ancaq bu hələ tam məlum deyil.

Bu hadisədən sonra ekspertlər vurğulayıblar ki, sosial mediada yayılan təhlükəli tendensiyalar barədə valideynlər və uşaqlar məlumatlandırılmalıdır.


Sosial media dəliliyi

Davinin eksperiment aparıb, aparmadığı və ya internetə meydan oxumağa qalxıb, qalxmadığı  hələ aydın deyil. Lakin bəzi ekspertlər bu cür cərəyanların gənclərə təsirinin artdığını deyirlər.

Psixoloq Gabriel Moreth sosial mediada təhlükəli tendensiyalar haqqında aşağıdakı xəbərdarlığı edib:

"Bu nəsil mürəkkəbdir və çox qayğıya ehtiyacı var. Onlar onlayn çox şeyə inanırlar: problemlər, videolar... Və təəssüf ki, bəzən bu inancların nəticəsi ölümlə nəticələnir."

Səlahiyyətlilər bildirirlər ki, oxşar hadisələrin qarşısını almaq üçün sosial şəbəkələrdə bu cür məzmunlara ciddi nəzarət edilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Fevral 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri