Özünə xəsarət yetirmişdi: AFFA dan ağır cəza… KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının I turunun “Sumqayıt” – “Neftçi” oyununda birbaşa qırmızı vərəqə alan “Sumqayıt”ın futbolçusu Səbuhi Abdullazadə 5 oyunluq cəzalandırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Təcavüzkar davranışa görə cəzalandırılan futbolçuya görə “Sumqayıt” klubu 3 min manat cərimə olunub. Eyni qarşılaşmada həmçinin 4 futbolçusu sarı vərəqə alan “Neftçi” 700 manat cərimələnib.
Sözügedən turda baş tutan “Qarabağ” – “Şamaxı” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılan qonaq komanda 700 manat cərimələnib.
Xatırladaq ki, qalmaqallı epizod Səbuhi Abdullazadənin “Neftçi” ilə matçda qırmızı vərəqə alaraq meydanı tərk etməsi zamanı yaşanmışdı. Qəzəbli futbolçu stadionun qapısını sındırmış, qırılan şüşənin ayağına düşməsi nəticəsində isə özünə ciddi xəsarət yetirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 20 Avqust 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















