Icma.az
close
up
RU
Özünü 12ci imam kimi təqdim edən şəxslə bağlı qərar verildi

Özünü 12ci imam kimi təqdim edən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən, özünü “12-ci imam” kimi təqdim edən Aqil Babayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Globalinfo.az pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. O özünü zühur etmiş “12-ci imam” kimi təqdim edərək vətəndaşlara qarşı 2.5 milyonluq dələduzluq edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 3 ay azaldıb.

Aqil Babayev kassasiya şikayəti verərək müsadirə edilmiş əmlakını geri istəyib. Onun yaxınları hesab edirlər ki, müsadirə edilən əmlaklar Babayevin yox, onlarındır. Burada söhbət bir mənzil, qeyri-yaşayış sahəsi və “Hyundai Santa Fe” minik avtomobilindən gedir.

seeBaxış sayı:57
embedMənbə:https://globalinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri