Icma.az
close
up
RU
Özünü dünya və Avropa çempionu kimi təqdim edən Araz Musayevlə bağlı rəsmi AÇIQLAMA

Özünü dünya və Avropa çempionu kimi təqdim edən Araz Musayevlə bağlı rəsmi AÇIQLAMA

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Kikboksinq Federasiyası özünü 9 qat dünya və Avropa çempionu kimi təqdim edən Araz Musayevlə bağlı açıqlama yayıb.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, açıqlamada onun qeyd etdiyi nailiyyətlərin saxta olduğu vurğulanıb:

"Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16 dekabr 2024-cü il tarixli 38 nömrəli Qərarı ilə "Azərbaycan Kikboksinq Federasiyası" İctimai Birliyinin fəaliyyət istiqamətinə muaytay idman növü və onun fənləri əlavə edilərək ölkə ərazisində yayılan idman növləri kimi tanınıb.

Bu qərara əsasən Azərbaycan Kikboksinq Federasiyasının razılığı olmadan ölkə ərazisində, beynəlxalq muaytay idman təşkilatlarının keçirdiyi yarışlarda iştirak edən və bu yarışlarda nailiyyət əldə edən idmançıların nəticələri qeydə alınmayacaq.

Azərbaycan Kikboksinq Federasiyası bildirir ki, özünü 9 qat dünya və Avropa çempionu kimi qələmə vermiş Araz Furqan oğlu Musayev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyal qərarına qarşı itaətsizlik edir, federasiyamıza qarşı əsassız iddialar səsləndirir. Onun iddia etdiyi nəticələr isə həqiqətə uyğun deyil.

Araz Furqan oğlu Musayevin "WAKO" kikboksinq təşkilatının 2000-ci ildə keçirilmiş Avropa çempionatında əldə etdiyi nailiyyətdən (III yer) başqa bir nailiyyəti yoxdur, digər özünü elan etdiyi titulların həqiqiliyini sübut etmək üçün heç bir mənbədə öz əksini tapmayıb.

Onun əksər qeyd etdiyi nailiyyətlər saxtadır. Hal-hazırda ölkəmizdə müxtəlif idman yarışlarından, idman festivallarından diplom əldə etmiş və özünü saxta dünya və Avropa çempionu kimi təqdim edən onlarla belə idmançı vardır.

Əlavə olaraq bildiririk ki, Araz Furqan oğlu Musayevin iddia etdiyi 9 qat dünya və Avropa çempionu kimi titulları rəsmi sənədlərlə təsdiq olunmadığından həqiqəti əks etdirmir, saxtadır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Mart 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see269

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see227

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see196

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see129

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see118

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri