Özünü əcnəbi vətəndaş kimi təqdim edən Bakı sakinində 1 milyon manat dəyərində zərərli maddə aşkarlanıb
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Bakıda 1 milyon manat dəyərində kokain aşkarlanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az-ı izləyin.
Bizimyol.info xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində paytaxt sakini 38 yaşlı Hüseyn Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, ondan 1 kiloqrama yaxın kristalşəkilli güclü təsiredici narkotik vasitə olan kokain, 329 ədəd ekstazi və metadon həbi, eləcə də 178 qram marixuana götürülüb.
“O, Bakıda kokainin satışını təşkil edən əsas şəxs olub. İfşa edilməməsi üçün onunla əlaqə saxlayanlara özünü əcnəbi vətəndaş kimi təqdim edib və xarici dillərdə ünsiyyət saxlayıb”, - DİN-in Mətbuat Xidmətindən bildirilib.
Aytən, Bizimyol.info

Sabunçuda özünü əcnəbi kimi təqdim edən narkotacir saxlanılıb VİDEO
14 Mart 2025 16:42
Türkiyədə özünü diplomat kimi təqdim edən azərbaycanlının üzərində 70 kq qızıl aşkarlanıb
23 Noyabr 2024 10:24
11 ayda ölkəyə 2,4 milyon əcnəbi vətəndaş gəlib
29 Dekabr 2024 16:07
Özünü küçədə yaşayan kimi təqdim edən milyarder saxlanıldı
12 Dekabr 2024 22:01
