Özünü məktəb binasından atan şagirdin VƏZİYYƏTİ AĞIRDIR
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
12.10.2026-cı il tarixində Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 2014-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, onun vəziyyəti ağır qiymətləndirilir.
Xatırladaq ki, ötən gün 94 nömrəli tam orta ümumtəhsil məktəbinin 7-ci sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) tənəffüs zamanı II mərtəbənin pəncərəsindən yıxılıb. Bu barədə Bakı Şəhər Təhsil İdarəsi məlumat yayıb. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ nəzarətə götürülüb və aidiyyəti qurumlar tərəfindən müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.
Günəş Mərd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 13 Oktyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















