Özünü peyğəmbər elan edən şəxsin proqnozu səhv çıxıb
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qanada yaşayan Ebo Nuh Tanrıdan bir mesaj aldığını, apokalipsisin baş verəcəyini və ikinci böyük daşqının bu gün başlayacağını iddia edib.
Reyting.az-ın məlumatına görə, özünü peyğəmbər elan edən Ebo Nuhun iddiasına görə, dünya bu gün su altında qalacaq.
Ebo Nuh deyib ki, ona bəşəriyyətin xilası üçün səkkiz gəmi tikmək əmri verilsə də, üç il ərzində Nuhun gəmisinə bənzər on nəhəng taxta gəmi inşa edib.
Ebo Nuhun iddialarından sonra müxtəlif Afrika ölkələrindən minlərlə insan Qanaya səyahət edib. E. Nuh gəmiyə minmək üçün heç kimdən pul almadığını bildirərək deyib ki, gəmi üçün pul yoxdur, Tanrı hər kəs üçündür və gəmilər ianələr hesabına tikilib.
Nuh bildirib ki, gözlənilən apokalipsis Tanrının ona dediyi tarixdə baş verməsə, ardıcılları ilə birlikdə bir ziyafət təşkil edəcək.
Daşqın 25 dekabrda baş vermədikdən sonra E. Nuh yeni bir açıqlama verərək deyib: “Tanrı bizə hazır olan və hər kəsi xilas edən 10-dan çox gəmi tikmək üçün vaxt verdi. Mən heç kimdən ianə istəmədim, hər kəs evdə qalmalıdır. Daşqın Tanrı tərəfindən gələn ilə qədər təxirə salınıb”.
Qəribədir ki, ötən gün E. Nuha inanaraq əraziyə həyat yoldaşı və uşaqları ilə gələn bir kişi, peyğəmbərliyin yalan olduğu ortaya çıxdıqdan sonra çayda bir qayıq yandırıb. Kişinin yandırdığı qayığın E. Nuhun səkkiz qayığından biri olmadığı bildirilir.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 26 Dekabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















