Özünü qəza qurbanı kimi göstərib yardım istədi Avtomobili qaçırdı VİDEO
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Rusiyada qəribə maşın qaçırma cəhdi qeydə alınıb.
Azpost.info bildirir ki, Barnaul vilayətində bir oğlan mühafizəçinin avtomobilini oğurlamaq üçün özünü avtoqəza qurbanı kimi göstərib.
Özəl mühafizə şirkətinin əməkdaşı yolla maşın sürərkən bir nəfərin yerə uzandığını görüb. Həmin şəxs deyib ki, onu zibil maşını vurub, çətinliklə hərəkət edə bilir.
Mühafizəçi kömək etmək qərarına gəlib və ən yaxın xəstəxanaya gedərək oğlanı əlil arabasında ora aparıb.
Özəl mühafizə şirkətinin əməkdaşı həkim çağırmağa getdikdən sonra gözlənilməz hadisə yaşanıb: Xəstə qəfildən arabadan duraraq qaçmağa başlayıb. Daha sonra o qapının qabağında saxlamış maşına oturararaq onu qaçırıb.
Daha sonra baş verənlər daha maraqlı olub: oğru “Lada Grant” markalı avtomobili Zmeynoqorski şossesi ilə sürüb, “Kia Rio”ya çırpılıb və qəza yerindən qaçmağa cəhd edib. Ancaq uğursuz “aktyoru” bir neçə kilometrdən sonra maşını aşırıb və saxlanılıb.
https://azpost.info/wp-content/uploads/2024/12/masin-qeza-firil.mp4
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 24 Dekabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















