Icma.az
close
up
RU
PA siyasi partiyalarla nəyi müzakirə etdi?

PA siyasi partiyalarla nəyi müzakirə etdi?

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda Dəyirmi Masa təşkil edilib.

Bakupost.az -ın APA-ya istinadən xəbərinə görə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Ədliyyə və Maliyyə nazirliklərinin, Hesablama Palatasının, 25 siyasi partiyanın nümayəndələri, həmçinin tanınmış alimlər, politoloqlar, siyasi şərhçilər, internet televiziya kanalları və onlayn media subyektlərinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində mövcud istiqamətdə görülmüş işlər haqqında danışaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu xüsusi vurğulayan Administrasiya rəsmisi qeyd etmişdir ki, qızıl hərflərlə yazılmış bu unudulmaz tarix dövlətimizə ərazi bütövlüyü və suverenlik bəxş etməklə Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub.

Yeni siyasi konfiqurasiya haqqında söhbət açan Ədalət Vəliyev dövlət idarəetməsinin davamlı inkişafı naminə cəmiyyətdə mövcud potensialın səfərbər olunmasında siyasi partiyaların rolunu vurğulayaraq, sağlam əməkdaşlıq mühitinin sabitliyi və tərəqqini təmin edən əsas amillər olduğunu ifadə edib. Administrasiya rəsmisi 2022-ci ilin dekabrında qəbul edilmiş “Siyasi partiyalar haqqında” qanunun əhəmiyyətindən danışarkən bildirmişdir ki, yeni Qanun ölkənin partiya sisteminin keyfiyyətcə daha böyük inkişafına zəmin yaratmaqla, bütün siyasi partiyaların ilkin imkanlarını tarazlaşdırıb və partiyaların yeni siyasi konfiqurasiyanın formalaşmasında aparıcı mövqeyinin qorumasına xidmət edib.

2024-2025-ci illərdə keçirilən Prezident, parlament və bələdiyyə seçkilərində siyasi partiyaların fəal iştirakı haqqında danışan Ədalət Vəliyev partiyaların mütləq əksəriyyətinin seçkilərdə iştirakını demokratik münasibətlərin təzahürü kimi dəyərləndirib və bu iştirakçılığın partiyaların siyasi institut kimi daha da təkmilləşməsinə və inkişafına müsbət təsirlərini qeyd edib.

Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Milli Məclis sədri Sahibə Qafarovanın tədbir iştirakçılarına müraciətini çatdırıb. Müraciətdə siyasi partiyaların qanunvericilik prosesində iştirakına, parlamentin qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı qeyd olunub. Siyasi sistemin konfiqurasiyasında dəyişikliyə diqqət çəkən spiker bildirib ki, siyasi sistem inkişaf etdikcə parlamentin siyasi həmrəyliyin möhkəmlənməsində rolu artır.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov son prezident, parlament və bələdiyyə seçkilərindən bəhs edib, partiyaların seçkilərdə fəallığının artdığını nəzərə çatdırıb.

Ədliyyə nazirinin müavini Abiddin Qabil Hüseynov “Siyasi partiyalar haqqında” yeni qanuna uyğun olaraq partiyaların yenidən qeydiyyatı (reyestr) prosesində üzə çıxan hallardan bəhs edib, partiyalara zəruri yardım göstərildiyi qeyd olunub.

Maliyyə nazirinin müavini Azər Bayramov qanunvericiliyə uyğun olaraq parlament seçkilərində iştirak edərək parlamentdə təmsil olunan və müvafiq qaydada seçkilərə qatılmış partiyalara ayrılan maliyyə vəsaitinin bölgüsü barədə məlumat verib. Nazir müavini 2024-cü ilin sonunda və 2021-ci ilin birinci rübündə partiyalara maliyyə vəsaitinin ayrıldığını açıqlayıb. Azər Bayramov onu da nəzərə çatdırıb ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən, siyasi partiyaya dövlət maliyyə yardımının 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünür: “Milli Məclisə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan 14 siyasi partiyadan 8-i maliyyə hesabatını təqdim etmədiyi üçün həmin partiyalara maliyyə vəsaiti təqdim olunması mümkün deyil, qalan 6 partiyaya maliyyə yardımı ayrılacaq”.

Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov siyasi dialoqun əhəmiyyətini vurğulayıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, siyasi dialoq, əməkdaşlıq sahəsində böyük yol keçilib: "Ölkəmizin taleyi uğrunda birgə olmalıyıq".

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa suverenliyimizin bərpası mərhələsini də artıq tamamladığımızı vurğulayıb: "Bu, böyük xoşbəxtlikdir".

Artıq müxalifətin parlament sədrinin müavini, komitə sədri və komitə sədrinin müavinləri səviyyəsində təmsil olunduğunu xatırladan Fazil Mustada partiyaların fəaliyyətinin təşviqi dövlət üçün faydalı olduğunu söyləyib.

ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev tənqidlərə dözümlü yanaşılmasının yaxın gələcəkdə ölkənin inkişafa töhfə verəcəyinə əmin olduğunu bildirib: "İqtidarın uğurlarını xalqın uğurları saymışıq. Xarici qüvvələrin əlaltılarının qarşı olmuşuq, siyasi sabitliyə töhfə verməyə çalışmışıq. Ölkədə xaos yaratmağa cəhd edənlər var. Elə bir dövr olur ki, Prezidenti müdafiə etmək dövləti müdafiə etmək anlamına gəlir. Bizim milli birliyə ehtiyacımız var".

Haqq Ədalət Partiyasının sədri Əli İnsanov son bələdiyyə seçkilərinin də ədalətli, şəffaf keçirildiyini vurğulayıb, həmrəylik və siyasi sabitliyin önəminə diqqət çəkib. Heydər Əliyevi Ümummilli lider kimi qəbul etməli, Prezident İlham Əliyevin qəbul etdiyi qərarları dəstəkləməli və həmrəylik nümayiş etdirməliyik".

Ümid Partiyasının sədri İqbal Ağazadə siyasi partiyaların rolunun daha da artırılmasını vacib hesab edib.

REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərli Milli Məclisə seçkilərdə iştirak edən, parlamentdə təmsil olunmayan partiyalara maliyyə ayrılmasını təqdir edib.

AMEA-nın Fəlsəfə və Sosiologiya institutunun direktoru İlham Məmmədzadə dialoqda yeni ideyaların irəli sürülməli olduğunu vurğulayıb. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu siyasi dialoq mühitinin adaptasiyasında medianın rolundan söz açıb. Eyni zamanda xarici təhlükələr qarşı xarici dillərdə də fəaliyyət göstərən media orqanlarımızın gücləndirilməsini zəruri hesab edib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, AĞ Partiyasının sədri Tural Abbaslı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev çıxış edərək müzakirə olunan məsələlərə öz münasibətlərini ifadə edib, cəmiyyəti narahat edən məsələlərin daha effektiv həllinin tapılmasında siyasi partiyaların rolunu vurğulayıblar.

Tədbir iştirakçıları birmənalı olaraq bəyan ediblər ki, milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olması zəruridir. Tədbirdə çıxış edən siyasi partiyaların sədrləri və təmsilçiləri ümummilli məsələlərdə hər zaman açıq əməkdaşlığa hazır olduğunu bildirərək cəmiyyətin parçalanmasına yönəlmiş istənilən təxribatı sərt şəkildə qınayıblar.

Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib. İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi təsisatın belə təşəbbüslərdə fəal iştirak etməsinin faydalı olacağını dilə gətiriblər.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Fevral 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri