Icma.az
close
up
RU
Padrino Lopes: “Bizi məğlub edə bilməyəcəklər”

Padrino Lopes: “Bizi məğlub edə bilməyəcəklər”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Venesuela müdafiə naziri Vladimir Padrino Lopes bəyan edib ki, ölkəsi “strateji resurslarını ələ keçirmək və hakimiyyəti dəyişmək məqsədi daşıyan ABŞ hücumlarının hədəfinə çevrilib” və beynəlxalq ictimaiyyəti ABŞ-ni qınamağa çağırıb.

"Cebheinfo.az" xəbər verir ki, nazir bu barədə sosial media hesabında paylaşdığı videomüraciətində bəyan edib.

O bildirib ki, Venesuela xalqı ABŞ hökumətinin həyata keçirdiyi ən amansız hərbi hücumların hədəfi olub.

Onun sözlərinə görə, hücumlar paytaxt Karakasdakı Fuerte Tiuna Hərbi Bazası ilə yanaşı Miranda, Aragua və La Quayra əyalətlərini də əhatə edib. 

Padrine Lopes mülki yaşayış məntəqələrinin bombalandığını, ölən və yaralananlarla bağlı araşdırmaların davam etdiyini qeyd edib.

O, bu hücumların regionda sülh və sabitliyi təhdid etdiyini vurğulayaraq, beynəlxalq ictimaiyyəti və bütün çoxtərəfli təşkilatları “BMT Nizamnaməsini və beynəlxalq hüququ açıq şəkildə pozan ABŞ-ni qınamağa” çağırıb.

Nazir ABŞ-nin Venesuelanın strateji resurslarına qarşı “tamahkarlığı” səbəbilə bu hücumları həyata keçirdiyini, “narkotik qaçaqmalçılığı bəhanəsi ilə” təşkil edilən hücumların əsl məqsədinin Venesuelada hakimiyyət dəyişikliyinə nail olmaq və ABŞ imperializminin saxta planlarını həyata keçirmək olduğunu bildirib.

“Bizə hücum etdilər, amma bizi məğlub edə bilməyəcəklər”, - deyən Lopes xalqı birliyə, müqavimətə və sakitliyi qorumağa çağırıb.

“Dünyaya nə qədər güclü olduğumuzu göstərək. Çətinliklərə qarşı dözümlü olaq və hazırladığımız bütün milli müdafiə planlarını həyata keçirək. Bu səbəbdən, Bolivarcı Venesuela Respublikasının Konstitusiyasına, Fövqəladə Hallar Qanununa və Milli Təhlükəsizlik Qanununa uyğun olaraq ölkə üzrə elan edilən xarici fövqəladə vəziyyət qərarını tam dəstəkləyirik”, - deyə o əlavə edib.

Padrine Lopes hökumətin “xarici müdaxilə səbəbilə fövqəladə vəziyyət elan etdiyi” fərmana uyğun hərəkət edəcəklərini və Prezident Nikolas Maduronun göstərişlərini yerinə yetirəcəklərini bildirib.

O, xalq, ordu və polis əməkdaşlığı ilə “əhatəli müdafiə üçün əllərindəki bütün silah sistemlərindən istifadə edəcəklərini” vurğulayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:30
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri