Pakdad menyunu qanunvericiliyin tələblərinə uyğunlaşdırmayıb
Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.
"Shazeli Group" MMC istehlakçıların hüquqlarını pozan şirkətlər sırasında yer alıb.
Teleqraf.com İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən məlumat verir ki, ötən ilin dekabrın 23-də şirkətlə bağlı inzibati xəta haqqında protokol tərtib edilib.
İnzibati xətanın mahiyyəti menyunun qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı Dövlət Xidməti tərəfindən verilən göstəriş icra edilməməsiidir.
Şirkətlə istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014- cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 23.6 və 23.7-ci bəndlərini pozub.
Qeyd edək ki, "Pakdad" restoranları qrupa məxsusdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















