Icma.az
close
up
RU
Paket çayın içindəki inanılmaz TƏHLÜKƏLƏR: həşərat dərmanı və...

Paket çayın içindəki inanılmaz TƏHLÜKƏLƏR: həşərat dərmanı və...

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yəqinki bir çoxumuz çay içməyi sevməklə yanaşı, hətta adət halına gətirmişik. İş çay dəmləməyə gəldikdə isə tənbəllik edirik. Bəzilərimizin əli həmən dəqiqə paket çaylara uzanır. Bəs paket çay içməyin sağlamlığa zərəri varmı? 

Milli.Az lent.az-a istinadən bildirir ki, az əmək sərf edərək hazırlanan bu çaylar sonradan bizi çox əziyyətə sala bilər. 

Gəlin görək, orqanizmimizə rəva gördüyümüz bu paket çayların tərkibində nələr var imiş?

Onun ərsəyə gəlməsi üçün yarpaq çayların istehsalından qalan hissəciklərdən, daha dəqiq desək, çay tozundan istifadə olunur. Bu qalıqlarda isə heç bir xeyirli maddə yoxdur. Bundan əlavə, paket çayların istehsalı zamanı ona süni rənglər əlavə edilir. 

2019-cu ildə Kanadada həyata keçirilən araşdırmada bir paket çayın tərkibində milyardlarla mikroplastik parçası aşkar edilib. Araşdırmaçılar qaynar suda 5 dəqiqə dəmlənmiş 4 fərqli paket çayı test edib. Paketlərdə olan plastiklər görməyə mane olduğu üçün paketlərdən çay yarpaqları çıxarılıb. Çay dəmləndikdən sonra elektronmikroskopla test edilib. Alimlərin hesablamalarına görə, bir insan bütün həyatı boyu 50 min mikroplastik parçası udur.

İnsan orqanizmi üçün faydaları olsa da, çayın müəyyən zərərlərinin olduğuna dair araşdırmalar mövcuddur. Bu gün birdəfəlik dəmlənmə, yəni paket formasında olan çaylar geniş istifadə olunur. Paket çaylar ilk dəfə olaraq ABŞ-da 1908-ci ildə istehsal edilib. Xüsusilə işləyən insanlar, ofisdə çay dəmləməyə imkanı olmayanlar, yaxud paket çaylardan istifadənin rahat olduğunu düşünənlər bu çaylara üstünlük verir. Ancaq alimlər müəyyən ediblər ki, insan orqanizminə tədricən və çox ağır şəkildə təsir göstərən məhsullardan biri də paket çaylardır. Bu çayların paketi qaynar suda dağılmasın deyə epiklorohidrin maddəsindən hazırlanır. Hansı ki, həmin maddədən həşəratlara qarşı hazırlanan dərmanlarda daha çox istifadə edilir. Epiklorohidrinlər qaynar su ilə reaksiyaya girəndə qorxunc xəstəliklərin yaradıcısına çevrilir.

Bəs tənbəlliyimiz hansı xəstəliklərə səbəb olur?

Mədə, bağırsaq və ağciyərlərdə zərərli təsirlər 

İnsanların ümumiyyətlə mikroplastiklərə dəri, udma və tənəffüs yolu ilə məruz qaldığını ifadə edən türk həkim Yusuf Bozkuş, "Mikroplastiklərin potensial zərərli təsirləri daha çox mədə, bağırsaq sistemi və ağciyərlərdə olur. Mikroplastik hissəciklərin yaratdığı hava çirklənməsinin tənəffüs və ürək xəstəlikləri ilə sıx əlaqəli olduğunu göstərən bir çox araşdırma var. Məlumdur ki, o, insanlar tərəfindən davamlı olaraq nəfəs aldıqda və ya udulduqda immunitet sistemini zəiflədir" deyə bildirib.

Çay paketlərinin mikroplastik baxımından ən təhlükəli qida maddəsi olduğunu ifadə edən Dos. Dr. Gündoğdu, "Sallama çay paketlərinin torba materialında da ciddi kimyəvi risk var. Bəllidir ki, bu kimyəvi maddələr xüsusilə hormonları pozan və kanserogendir. Əslində onlar arasında ən çox yayılmış olan PFAS kimi tanınan kimyəvi maddənin istiliyə davamlılıq üçün belə qablaşdırma tətbiqlərində istifadə edildiyi məlumdur".

Çay torbaları bu ağacdan hazırlanır

Paket çaylarda istifadə edilən torba xammalı bildiyimiz kağız deyil. Çayların yerləşdiyi kisələr, bir banan ağacı növü olan Abakanın yarpaqlarının qalın saplarından əldə edilən liflərdən hazırlanır. Bu liflər çox möhkəm olduğundan məsələn, gəmilərdəki kanat tikintisində də istifadə edilir.
Bu tip banan ağaclarının yetişdiyi yer Filippindir. Bu səbəbdən torbaların 90 faiz istehsalı burada həyata keçirilir. Bu lifləri ağartmaq üçün də hidrogen peroksid istifadə edilir. Hidrogen peroksid isə oksigenli sudur. Bu maddə, torba istehsalında istifadə ediləcək lifləri ağardır və qalıq qoymur.

Sim steplərə diqqət!

Paket çaylar ilk bazara çıxanda ip hissəsini bərkitmək üçün stepler istifadə edilirdi. Son illər bazarda belə sim stepli çaylar azalıb. Amma yenə də bu məsələyə diqqət edin, rast gəlsəniz həmin çayları istifadə etməyiniz məsləhət görülmür. Çünki sim steplər suya girəndə zərərli olur. Keyfiyyətli çay markaları, kisələri bəhs etdiyimiz ağac lifindən əldə edir. Ona görə də etibarlı markalardan almağınız məqsədəuyğundur.

Lakin paket çayların orqanizmə bu qədər zərərli olduğunu öyrəndiyinizə görə, bundan sonra çalışın evdə çay dəmləməyə üstünlük verin. 

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see136

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see128

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see118

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see116

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see116

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

17 İyul 2025 07:44see115

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see115

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see114

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see112

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see112

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri