Pakistan Baş nazirinin Azərbaycana səfərinin tarixi müəyyənləşib
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Pakistanın Baş naziri Şahbaz Şərif fevralın 24-də Azərbaycana səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Pakistanın “The News International” nəşri mənbələrə istinadən məlumat yayıb.
"Azərbaycana səfər fevralın 24-də başlayacaq və Baş nazir burada üç gün qalacaq. Bakıda Pakistana 2 milyard dollar məbləğində investisiya qoyuluşu ilə bağlı sazişlər imzalanacaq. Bu investisiya sazişləri neft və qaz kəşfiyyatı, bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyinin artırılmasına yönələcək ki, bu da bu mühüm sahələrdə gələcək əməkdaşlıq üçün yol açacaq", - nəşr qeyd edib.
Baş nazir Ş.Şərifin Azərbaycan biznes-liderləri ilə görüşlər keçirəcəyi və Azərbaycan şirkətlərini Pakistana investisiya yatırmağa və biznes müəssisələri açmağa dəvət edəcəyi gözlənilir.
Azərbaycandan sonra Pakistan Baş naziri iki günlük səfərlə Özbəkistana gedəcək.
Baxış sayı:141
Bu xəbər 17 Fevral 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















