Icma.az
close
up
RU
Pakistan Çində istehsal olunmuş ilk sualtı qayığı 2026 cı ildə suya buraxmağı planlaşdırır

Pakistan Çində istehsal olunmuş ilk sualtı qayığı 2026 cı ildə suya buraxmağı planlaşdırır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 3 oktyabr, AZƏRTAC

Pakistan Hərbi Dəniz Qüvvələri Çində istehsal olunmuş ilk sualtı qayığının 2026-cı ildə istifadəyə veriləcəyini gözləyir.

AZƏRTAC xəbər verir ki, pakistanlı admiral Nəvid Əşrəfin sözlərinə görə, bu, Pekinin regional rəqibi Hindistana qarşı durmaq və Yaxın Şərqdə təsirini artırmaq səylərini gücləndirəcək.

Admiral Nəvid Əşrəf bazar günü “Global Times” qəzetinə verdiyi açıqlamada İslamabada 2028-ci ilə qədər səkkiz ədəd “Hangor” sinifli sualtı qayıq tədarükünü nəzərdə tutan müqavilənin həyata keçirildiyini bildirib. O, əlavə edib ki, bu sualtı qayıqlar Pakistanın Şimali Ərəbistan dənizində və Hind okeanında patrul xidməti qabiliyyətini artıracaq.

“Reuters” agentliyinin məlumatına görə, Çin sualtı qayığı müqaviləsi ilə bağlı sövdələşmənin yenilənməsi Pakistan Hərbi Hava Qüvvələrinin may ayında Fransada istehsal olunmuş Hindistana məxsus “Rafale” təyyarəsini Çin istehsalı olan J-10 qırıcı təyyarələri ilə vurmasından sonraya təsadüf edir.

Müqavilənin şərtlərinə görə, dəyəri 5 milyard dollara qədər olan sualtı qayıq sövdələşməsində dörd dizel-elektrik hücum sualtı qayığının Çində inşa edilməsi, qalan gəmilərin isə Cənubi Asiya ölkəsinin texniki imkanlarını artırmaq üçün Pakistanda yığılması nəzərdə tutulur.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, İslamabad uzun müddətdir ki, Pekinin ən böyük silah alıcısıdır və 2020-2024-cü illər arasında Çinin silah ixracatının 60%-dən çoxuna malik olub.

Çinin Sədri Si Cinpinin flaqman “Bir kəmər, bir yol” infrastruktur təşəbbüsünün bir hissəsi olan Çin-Pakistan İqtisadi Dəhlizi dünyanın ən böyük enerji idxalçısına Yaxın Şərqdən təchizatı qarantiyaya almaq üçün bir yol təmin etməyi hədəfləyir, eyni zamanda, Malayziya ilə İndoneziya arasında müharibə dövründə bloklana biləcək strateji əhəmiyyətli bir nöqtə olan Malakka boğazını keçməyi hədəfləyir.

Bu təşəbbüs, həmçinin Çinin təsir dairəsini Əfqanıstan, İran və Orta Asiyaya qədər genişləndirir və Pekinin Myanma xuntası ilə əlaqələri və Banqladeşlə yaxşı münasibətləri nəzərə alınmaqla, həm də Hindistanı əhatə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri