Icma.az
close
up
RU
Pakistan Əfqanıstan savaşı böyük miqyas alacaqmı? (ŞƏRH)

Pakistan Əfqanıstan savaşı böyük miqyas alacaqmı? (ŞƏRH)

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bu konfliktin baş qaldırmasında mübahisəli ərazilər məsələsi əsas rol oynayıb".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Əfqanıstanla Pakistan arasında baş verən toqquşmanın səbəblərini şərh edərkən deyib. 

Ekspert bildirib ki, Əfqanıstanla Pakistan arasında baş verən hadisə Taliban hakimiyyətə gələndən sonra müşahidə edilən bu sayaq insidentlərin daha böyük təzahürüdür:

"Kabillə İslamabad arasında mübahisəli xeyli ərazilər var. Məhz buna görə də onlar arasında konflikt əslində proqnozlaşdırılan idi".

Konfliktoloqa görə, yaranmış durumda yan təsirlər də istisna deyil:

"Hindistanla Pakistan arasında konflikt var. Nyu-Dehli çalışır ki, Əfqanıstandan Pakistana qarşı proksi kimi istifadə olunsun. Talibanın Pakistana qarşı bu cür hərəkətinə digər səbəb isə ABŞ-ın bu ölkədən çıxmasından sonra, ona məxsus olan və milyardlarla dollar məbləğində ölçülən silah resursların Əfqanıstanda qalması faktıdır. Bu silahlar Talibanı ruhlandırır. ABŞ prezidenti Donald Tramp bu yaxınlarda ölkəsinin Əfqanıstanda hərbi bazaya sahib olması ehtimalını da istisna etməyib. Kabil isə bunu qəbul etmir. Bir sözlə, regionda maraqlar  toqquşması gedir".


Proses daha kəskin xarakter alarsa, Üzeyir Şəfiyevin fikrincə, Pakistanın qələbəsi şübhəsizdir, ancaq bu böyük itkilər hesabına olacaq:

"Münaqişə eskalasiya səviyyəsinə keçərsə, hər iki ölkə üçün dağıdıcı olacaq. Hər iki dövlət də əslində bunun fərqindədir və verdikləri bəyanatlarda eskalasiyada maraqlı olmadıqlarını ortaya qoyurlar".

Həmsöhbətimiz problemin masa arxasında çözülməsi ehtimalını da istisna etmədi: 

"Həmin işdə vasitəçilik missiyalarına ehtiyac var. Bu fonda da Türkiyə ilə ABŞ-ın roluna ciddi ehtiyac olacaq".

Qeyd edək ki, Asiyada növbəti bir  müharibə meydanı yaranıb. Oktyabrın 11-də  Əfqanıstan Pakistana hücum edib. Nəticəsə Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb. İddialara görə, qarşı tərəfin itkilərinin sayı isə 200-dən çoxdur. Pakistan tərəfinin məlumatına görə, 21 mövqedə müvəqqəti nəzarəti təmin ediblər. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri