Pakistan hökuməti orduya geniş səlahiyyət verib
Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
Pakistan hökuməti Hindistanın raket hücumlarından sonra Pakistan Silahlı Qüvvələrinə lazımi cavab səlahiyyəti verildiyini açıqlayıb.
Reyting.az-ın məlumatına görə, Pakistanın baş naziri Şahbaz Şərifin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının keçirildiyi bildirilir.
Baş nazirin ofisi Hindistanın Pakistana raket hücumları nəticəsində həyatını itirənlərin ailələrinə başsağlığı verib, Hindistanın hücumlarını “qorxaq və qanunsuz” adlandırıb.
Açıqlamada Hindistanın hücumlarının məscidlər kimi mülki infrastrukturu “qəsdən hədəfə aldığı” qeyd edilib.
Bəyanatda bu hücumların beynəlxalq hüquqa əsasən “müharibə aktları” təşkil etdiyi, Pakistanın suverenliyi və ərazi bütövlüyünü pozduğu bildirilir.
Bəyanatda qeyd olunur ki, BMT Nizamnaməsinə uyğun olaraq, Pakistan özünümüdafiə üçün seçdiyi vaxtda və yerdə cavab vermək hüququna malikdir.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Pakistan hökuməti müxalifətin tələblərinə cavab verəcək
27 Yanvar 2025 07:32
Pakistan Hindistanla atəşkəsdən sonra orduya dəstək verir
10 May 2025 19:23
Pakistan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb
09 Yanvar 2025 09:53
Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verib
13 Sentyabr 2025 17:47
Pakistan hökuməti Yunanıstanda qayıq faciəsində əsas təqsirləndirilən şəxsi həbs edib
10 Mart 2025 12:11
Baxış sayı:59
Bu xəbər 07 May 2025 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















