Pakistan motosikletdən elektromobilə keçmək istəyir
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Məlumdur ki, motosikletin kütləviləşdiyi ölkələrdə həm yollarda xaos hökm sürür, həm də ekoloji vəziyyət ağırlaşır. Bu xüsusda İslamabad və Kəraçi kimi böyük şəhərlər də istisna deyil.
Avtosfer.az xəbər verir ki, Pakistan hökuməti də elektromobilə keçidi sürətləndirmək və yerli elektromobil istehsalını tezləşdirmək planı üzərində düşünür. Dövlət Şurasının nümayəndəsi Zişan Əşrəf bildirib ki, ilk milli elektromobil bütünlüklə Pakistanda istehsal ediləcək.
Elektromobilin istehsalına nəqliyyat vasitələrinin sürətlə elektrikləşdirilməsi (Pakistan Accelerated Vehicle Electrification - PAVE) layihəsi çərçivəsində iyunda başlanacaq. Artıq gələn ay batareya istehsal edən müəssisə işə düşəcək.
Hökumət yeni elektromobilin alışını subsidiyalaşdıracaq. Yeni maşının satış qiyməti 1 milyon rupi (3560 dollar) olacaq.
Vüqar
Baxış sayı:128
Bu xəbər 18 Mart 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















