Icma.az
close
up
RU
Pakistan olar dedi, İsrail rədd etdi İrandan mühüm tələb

Pakistan olar dedi, İsrail rədd etdi İrandan mühüm tələb

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“The Wall Street Journal” İranın ABŞ-la İslamabadda ancaq Livana hücumlar tamamilə dayandırılacağı təqdirdə danışıqlar masasına oturacağını yazıb. Livan hökuməti İsrailin aprelin 8-də endirdiyi hücumları nəticəsində 254 nəfərin ölümü ilə əlaqədar 1 günlük milli matəm elan edib.

Aprelin 10-da İslamabadda keçiriləcək ABŞ–İran danışıqları necə nəticələnəcək? Vaşinqton danışıqların baş tutması üçün Tehranın şərtini qəbul edib İsraili razı sala biləcək?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib ki, təxminən 40 günlük ABŞ–İran müharibəsindən sonra danışıqlar və sülhə nail olmaq üçün mühüm şans yaranıb:

“Tərəflər Pakistan üzərindən müəyyən razılığa gəlsələr də, bu kövrək sülh prosesi üçün təhdid yaradacaq ciddi addımların şahidi olduq. Söhbət İsrailin Livana təşkil etdiyi güclü əməliyyatlardan gedir. İran tərəfi bunu danışıqların pozulması kimi şərh edir. Həmçinin ABŞ və İsrailin İrana məxsus bəzi adalara hücumlar edəcəyinə dair fikirlər səsləndirilir. Belə bir addımın danışıqlara təsir göstərəcəyi gözləniləndir.

Nəzərə alaq ki, İsrail və ABŞ Livana hücumun sülh prosesinin tərkib hissəsi olmadığını dilə gətirib. Ancaq Pakistan Livan məsələsinin də sülh prosesinin tərkib hissəsi olduğunu bildirir. İranın əsas şərti odur ki, bütün cəbhələrdə atəşkəs əldə edilsin. ABŞ ilə İsrail bunu qəbul etməsə də, Prezident Donald Tramp müxtəlif istiqamətlərdə şərhə açıq fikirlər irəli sürdü.

Hesab edirəm ki, ABŞ tərəfi növbəti dəfə danışıqlar prosesində pozuntuya yol verdi. Çünki müharibədən öncə İsveçrədə keçirilən danışıqlardan sonra da hücumlar oldu və müharibə başladı. Bu proses göstərdi ki, tərəflər sanki danışıqlar prosesinə psixoloji olaraq hazır deyillər. Fikrimcə, Tramp neft qiymətlərinin bahalaşmasının qarşısını almaq üçün belə addımlar atır. Real danışıqların başlayacağı deyiləndə neft qiymətləri yenidən aşağı düşdü”.


Xəyal Bəşirov

Politoloq bildirib ki, İsrail danışıqlar prosesinin reallaşmasını istəmir:

“Təsadüfi deyil ki, İsrail danışıqlarda İran tərəfindən iştirakı gözlənilən şəxsləri sıradan çıxardı. Təl-Əvivin məqsədi Livandakı əməliyyatlar ilə bölgədə bufer zona yaradıb gələcəkdə ərazi ilhaqı həyata keçirməkdir.

Ümumilikdə, danışıqlar prosesinin davam edəcəyini düşünürəm.  Hücumların da şahidi ola bilərik, amma ABŞ-ın ilk növbədə müharibəni davam etdirmək üçün imkanları yoxdur. ABŞ uzunmüddətli quru müharibələrinə qoşulmayıb, iştirak edibsə də, nəticədə məğlub olub. Əfqanıstan və Vyetnam müharibələri buna misal ola bilər. ABŞ daha çox havadan hücumlarla qısa müddətli – 4–6 həftə ərzində istəyinə nail olmaq imkanına sahibdir.

Birləşmiş Ştatların artıq müharibə imkanları tükənmək üzrədir. Çünki ABŞ təkcə İran məsələsinə görə hərbçilərini səfərbər edə bilmir. Təxminən 80 ölkədə 800-ə qədər ABŞ hərbi bazası var. Bu bazaları hərbçilərlə təmin etmək lazımdır. O cümlədən ABŞ daxilində də proseslər olduqca fərqlidir. Qarşıdan aralıq seçkilər gəlir və buna hazırlaşmaq lazımdır. Həm də belə müharibəyə görə Trampa impiçment elan edilə bilər.

İranın bu mərhələdə nüvə silahından imtina etmək istədiyini bəyan etməsi gözləniləndir. Çünki artıq nüvə silahı Tehrana çəkindiricilik, müdafiə qabiliyyəti və hücumların qarşısını almaq üçün lazım idi. Amma bütün bunlar baş verdi. Ona görə Tehran bu istəkdən geri dura bilər. İran anladı ki, onun nüvə silahından daha ciddi təsir vasitəsi var. Söhbət Hörmüz boğazından gedir. Müharibə boğazın necə əhəmiyyətli olduğunu göstərdi. Danışıqlarda bu vasitədən istifadə edə bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Aprel 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see380

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see374

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see355

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see348

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see329

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see328

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see304

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see276

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see261

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see254

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see239

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see235

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see229

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see220

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see213

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see210

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see189

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see188

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri