Icma.az
close
up
RU
Pakistan Ordusunun Laçında parlayan ulduzu DOSYE

Pakistan Ordusunun Laçında parlayan ulduzu DOSYE

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu şəxsə diqqət təsadüfi deyildi, nazirin bu jesti protokolun tələbi yox, dünyaya ünvanlanmış xüsusi bir mesaj idi. Aprelin 22-də baş verən Pahalqam insidentindən sonra Hindistanla Pakistan arasında alovlanan münaqişənin səbəb və nəticələri barədə danışarkən Şahbaz Şərif dedi ki, bu xəbəri ona ilk dəfə baş qərargahın rəisi çatdırıb: “Mənə məlumat verdi ki, cənab Baş nazir, Hindistan bizə növbəti dəfə hücum etdi. Onun səsi qətiyyətli idi. O, tamamilə sakit idi. Amma, eyni zamanda da çox qətiyyətli mövqedə idi ki, biz düşmənə həyatlarının ən yaxşı dərsini verməliyik...”
Şahbaz Şərifin hər kəsin görməsini istədiyi “Şərəf Qılınclı” Feldmarşal Seyid Asim Münir Əməd Şah idi.

Pakistan Ordusunun Qərargah rəisi, 57 yaşlı general Asim Münir 1968-ci ildə Ravalpindi şəhərində anadan olub. 1986-cı ildə 23-cü Sərhəd Qüvvələri Alayına zabit kimi qəbul olunub. Manqladakı Zabitlərin Təlim Məktəbini uğurla başa vurub və ən nüfuzlu mükafat sayılan "Şərəf Qılıncı" ilə təltif olunub. O, bu mükafatı almış ilk Qərargah rəisidir.
Yaponiyadakı Fuji Məktəbində, Kvetta şəhərində yerləşən Komanda və Qərargah Kollecində, Kuala-Lumpurdakı Malayziya Silahlı Qüvvələr Kollecində və İslamabaddakı Milli Müdafiə Universitetində təhsil alıb. General-leytenant Munirin həmçinin Milli Müdafiə Universitetindən Dövlət Siyasəti və Strateji Təhlükəsizlik İdarəçiliyi sahəsində elmi magistr dərəcəsi var. Səudiyyə Ərəbistanında hərbi attaşe kimi xidmət edib.
O, Kvetta Qərargah Kollecində təlim heyətinin üzvü, Kel bölgəsində piyada briqadasının mayoru, Baş Qərargah rəisinin katibliyində 2-ci dərəcəli qərargah zabiti və Manqla korpusunun qərargah rəisi kimi xidmət göstərib. Eyni zamanda, 23-cü Sərhəd Qüvvələri Alayına komandanlıq edib, 30-cu Korpusun komandanı vəzifəsində çalışıb. Qərargah rəisi kimi Münir milli təhlükəsizliyi prioritet sayır. Hindistan, Əfqanıstan, habelə daxildəki separatçı təhlükələrə qarşı sərt mövqe tutur. "Taliban" hökumətini tənqid edir.
Munir eyni zamanda, Bəlucistan separatçılarına qarşı əməliyyatlara rəhbərlik edib. Kəşmir məsələsində qətiyyətli mövqe nümayiş etdirərək, bölgənin Pakistanın tərkibinə qatılacağına ümid edir.

2022-ci ilin noyabrında ordu rəhbəri təyin edilən Asim Munirin vəzifə müddətinin 2027-ci ilin noyabrında uzadılacağı gözlənilir. Bu o deməkdir ki, Munir 2032-ci ilə qədər baş qərargah rəisi ola və Pakistan tarixində ən uzunmüddətli ordu generallarından birinə çevirə bilər.
Bu il Pakistanla Hindistan arasında atəşkəs razılığı əldə olunandan təxminən bir həftə sonra Asim Munir feldmarşal rütbəsinə layiq görüldü, çiyinlərinə 5-ci ulduz əlavə edildi. Pakistanın qanunlarına görə, Baş nazir tərəfindən texniki olaraq vəzifəsindən uzaqlaşdırıla bilən ordu rəhbərindən fərqli olaraq, feldmarşal statusu daşıyan şəxs toxunulmazdır. Yəni bu titul ona ömürlük hərbi səlahiyyətlər, tam imtiyazlar, eləcə də mülki və məhkəmə nəzarətindən faktiki azadlıq verir.
Baş nazir Şahbaz Şərifin hökuməti Munirin bu yüksəlişini elan edərkən bildirdi ki, o, 7–10 may tarixlərində “Hindistanla baş verən hərbi gərginlik zamanı strateji liderlik və qətiyyətli rol nümayiş etdirdiyinə görə mükafatlandırılıb”. Qeyd edək ki, Munir (1958-ci ildə prezident İsgəndər Mirzəni devirərək prezident olan və) 1959-cu ildə feldmarşal təyin edilən Əyyub Xandan sonra son 60 ildə bu rütbəyə layiq görülən ilk şəxsdir.
Munir Pakistan tarixində həm Hərbi Kəşfiyyata (MI), həm də Mülki Kəşfiyyat Xidmətinə (ISI) rəhbərlik etmiş yeganə şəxsdir. Məhz bu unikal təcrübə onu yalnız hərbi komandan deyil, həm də siyasi-strateji fiqura çevirib – o, Pakistanın daxili və xarici siyasətinə təsir göstərən əsas fiqurlardan biridir.
O həm regionda sabitliyin qorunması, həm də islam həmrəyliyinin möhkəmləndirilməsi baxımından aktiv çıxışlar edir. Qurani-Kərimi əzbər bilən, hafiz olan general-leytenant həm daxili separatizmə, həm də xarici təhdidlərə qarşı kəskin mövqeyi ilə seçilir.

Ölkəmizə gəlincə, onun rəhbərliyi dövründə Pakistan Ordusu Azərbaycanla hərbi təlimlərdə daha fəal iştirak etməyə başlayıb, birgə strateji formatlar təşviq olunub. Munir həm də İslam dünyasında Qarabağ məsələsinə birmənalı dəstək verən azsaylı yüksək rütbəli şəxslərdən biridir.
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çıxışları və səmimi mesajları, tez-tez “qardaş xalq” ifadəsini işlətməsi və Ermənistanla bağlı sərt mövqeyi onun bu məsələyə şəxsi həssaslıqla yanaşdığını göstərir. Qarabağ müharibəsindən sonra Pakistan-Azərbaycan münasibətlərinin hərbi müstəvidə daha da yaxınlaşmasında Munirin diplomatik jestləri xüsusi rol oynayıb.
O, Azərbaycanın Qarabağ Zəfərini “İslam dünyası üçün nümunə” adlandırıb və postmüharibə dövründə yenidənqurma təşəbbüslərini dəstəklədiyini bəyan edib. Bu, həm də Pakistanın Cənubi Qafqazda geosiyasi rolunu aktivləşdirmək cəhdidir.
Hərçənd, Munirin yüksəlişi həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə birmənalı qarşılanmır. Bəziləri onun yüksəlişini “yumşaq çevriliş” adlandırır, bir qisim isə “Müşərrəf-2 geri dönür deyir”. Keçmiş baş nazir İmran xanın tərəfdarları belə düşünürlər ki, beşinci ulduz Munirə yalnız titul yox, həm də simvolik olaraq “padşahlıq tacı verir”.
Asim Münir artıq sadəcə general deyil – o, Pakistanın yeni güc arxetipidir. Birbaşa hakimiyyətdə olmasa da, siyasətə təsir imkanlar var. Britaniyalı ekspertlərə görə, Seyid Munir artıq Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin (CJCSC) sədrindən belə üstün mövqedədir və bu silahlı qüvvələrdəki “institusional balans”ı pozur. Onların fikrincə, belə olan halda ya Ordu Qərargah Rəisinə (Munirə) müavin təyin olunmalı, ya da Birləşmiş Qərargah Rəisləri Komitəsinin vəzifəsi birbaşa Feldmarşal tərəfindən icra edilə bilər. Bunun digər generalların ordu rəhbəri olmaq ambisiyasına necə təsir edəcəyini isə zaman göstərəcək. Qeyd edək ki, 1995-ci ildə general Zahir-ul-İslam Abbasinin uğursuz çevriliş cəhdindən başqa, Pakistan generalları ümumən iyerarxiyaya sədaqət göstəriblər.
Xatırladaq ki, 1977-88-ci illərdə Ziya-ül-Həq və 1999-2008-ci illərdə Pərviz Müşərrəf çevrilişlə hakimiyyətə gələrək özlərini Prezident elan etmişdilər. Onlar protokola xüsusi önəm verirdilər və sonradan özlərinə vitse prezidentlər müavinlər də təyin etmişdilər – Müşərrəf Əşfəq Kayanı, Ziya isə Xalid Mahmud Arifi.
Hindistan mediası isə hələ də inandırmağa çalışır ki, Baş nazirlə yeni Feldmarşal arasında fikir ayrılıqları mövcuddur və onlar siyasi məsələrin həlində razılığa gələ bilmirlər. Hərçənd Feldmarşal elan ediləndən beş gün sonra Asim Munir mülki rəhbərliyə “dərin təşəkkür”ünü ifadə edərək, Hindistanla qarşıdurma zamanı siyasi elitanın dəstəyini yüksək qiymətləndirmişdi.
Bütün bunlara - yeni feldmarşalın timsalında Pakistan hökumətinin qərarlarını sorğulayanlara Şahbaz Şərif “Laçın arenasından” cavab verdi. Onun nitqi Pakistanın sülh işinə kölgə salmaq istəyənlərə qarşı sanksiyası oldu. Hökumət başçısı Asim Muniri yalnız təqdim etmədi, Azərbaycanın yaratdığı regional liderliyə çıxaran platforma imkanından yararlandı. Dünyaya yönəlik simvolik bir mesajla bildirdi ki, Pakistan Ordusu Hindistanla qarşıdurmada qalibdir və bunu sübut etməyə hazırdır. O həm də çatdırdı ki, Azərbaycanın mübarizəsinə dəstək verənlər sırf dost yox, strateji ortaq, prinsipial tərəfdaş və birgə gələcək qurucularıdır. Azərbaycanın müttəfiqi təkcə Pakistan hökuməti deyil, güc mərkəzlərinin hamısıdır.
Laçında keçirilən tədbir Azərbaycanın tək olmadığını, onun ətrafında real müttəfiqlər həlqəsinin formalaşdığını bir daha göstərdi. Pakistanın daxili siyasəti ilə beynəlxalq konfiqurasiyasının qovşağında Asim Münirin adı regionda da əks-səda verdi.
Səbinə Həsənova
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 İyun 2025 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see251

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see211

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see173

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see137

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see136

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see135

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see135

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see127

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see123

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see122

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri