Icma.az
close
up
RU
Pakistan səfiri: Hindistan üçün dua edirəm… Foto

Pakistan səfiri: Hindistan üçün dua edirəm… Foto

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddinin Axar.az-a müsahibəsi:

- Pahalqamda baş vermiş son terror hücumu nəticəsində 26 nəfərin faciəvi şəkildə həyatını itirməsi Pakistan və Hindistan arasında münasibətlərin daha da gərginləşməsinə səbəb oldu. Bu faciədən sonra Hindistanın Hind çayları üzrə müqaviləni dayandırmasına və Pakistan diplomatlarını ölkədən çıxarmasına Pakistan necə yanaşır?

- İlk növbədə, hökumətimiz həlak olanların ailələrinə başsağlığı verib. Pakistan terrorizmin bütün formalarını və təzahürlərini rədd edir. Tarixən Hindistan belə hadisələrdən öz saxta bayraq əməliyyatları üçün istifadə edib. Bu, ilk dəfə deyil. Hətta bu hadisə nə qədər faciəvi olsa da, bu cür hücumların məqsədi adətən Modi rejiminin dar daxili siyasi gündəmini irəlilətmək və Hindistan hökumətinin işğal olunmuş Cammu və Kəşmirdə həyata keçirdiyi repressiv siyasətlərdən diqqəti yayındırmaq olur.

Diplomatların qovulmasına gəldikdə, bu, çox təəssüf doğuran və qeyri-rasional bir addımdır. Belə gərgin məqamlarda diplomatiya və dialoqun önəmi daha da artır, diplomatik qapıların bağlanması isə vəziyyəti yalnız daha da gərginləşdirə bilər. Amma bu, Hindistanın illərdir davam etdirdiyi köhnə yanaşmasıdır, yeni bir şey deyil.

Hind çayları üzrə müqavilə 1960-cı illərdə imzalanıb və Dünya Bankı bu müqavilənin təminatçısıdır. Müqavilənin şərtlərinə əsasən, heç bir tərəf onu birtərəfli şəkildə dayandıra, ləğv edə və ya dəyişdirə bilməz. Bu müddəalar müqavilənin əsas sənədində öz əksini tapıb və həmin sənəd açıq şəkildə Dünya Bankının veb saytında da yerləşdirilib. Bu, gizli bir sənəd deyil. Ona görə də biz beynəlxalq təşkilatlara müraciət edəcəyik ki, Hindistan bu hüquqi öhdəliklərindən yayınmasın.

Amma onu da qeyd edim ki, Hind çayları hövzəsi Pakistan üçün həyat mənbəyidir. Kənd təsərrüfatımız, içməli su təchizatımız bu çaylara bağlıdır. Beləliklə, müqavilə ilə Pakistanın hüququ olan suların qarşısının alınması müharibə aktı kimi qiymətləndiriləcək. Hindistan bunu çox yaxşı bilir və mən ümid edirəm ki, Hindistan hökumətində ağıl və məsuliyyət üstünlük təşkil edəcək. Bu cür qeyri-rasional bəyanatlar və ritorika yalnız daxili auditoriyaya yönəlib və mən doğrudan da həm region, həm də Hindistanın özü üçün dua edirəm ki, onlar Pakistanın sularını dayandırmaq kimi ağılsız bir addım atmasınlar.

- Hindistan Pahalqamda baş vermiş terror hücumu ilə əlaqədar olaraq, bu hücumu “Ləşkər-e-Taibə” adlı silahlı qrupla əlaqələndirərək, Pakistanı sərhədyanı terrorizmi dəstəkləməkdə ittiham edir. Pakistan bu ittihamlara rəsmi olaraq necə cavab verir və narahatlıqları aradan qaldırmaq üçün hansı addımları atır?

- Bu sual üçün təşəkkür edirəm. İlk növbədə, qeyd etməliyəm ki, heç bir etibarlı mənbədən, hər hansı bir təşkilatın bu hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünə dair hər hansı bir məlumat almamışam. Əslində, hazırda artıq beş-altı gün keçməsinə baxmayaraq, Hindistan hələ də bu hücumun kim tərəfindən həyata keçirildiyini müəyyən edə bilməyib və bu məlumat internetdə geniş şəkildə müzakirə olunur. Mən sadəcə özümün dediklərimi deyil, həm də bu məlumatların mətbuatda yayıldığını qeyd edirəm.

Bütün bunları nəzərə alaraq, Pakistan hökuməti Hindistan hökumətinin öz uğursuzluqlarını İslamabadla əlaqələndirmək cəhdlərini qətiyyətlə rədd edir.

Dünən və ondan əvvəlki günlərdə Pakistanın rəhbərliyi, xüsusilə də baş nazir, aydın şəkildə bəyan edib ki, hər hansı neytral, qərəzsiz və müstəqil bir araşdırmaya açığıq. Pakistan bu araşdırmanın tərkibində Hindistanla birgə iştirak etməyə və hadisənin necə baş verdiyini müstəqil şəkildə araşdırmağa hazırdır. Bir daha vurğulamaq istərdim ki, Pakistanın əsas məqsədi sülhə çatmaqdır və biz bu istiqamətdə tam bağlıyıq.

Regiona baxsaq, burada dağlıq və geniş bir ərazi olduğunu nəzərə almalıyıq. Hindistan işğal altındakı Cammu və Kəşmirə təxminən 900 min əsgər yerləşdirib. Cammu və Kəşmir ərazisində hər 6-7 kəşmirliyə bir hind əsgəri düşür. Belə ağır hərbi qüvvə olan yerdə Hindistanın iddialarına görə, Pakistanla demarkasiya xətti və ya Azad Kəşmirdən keçərək 200 km Hindistan ərazisinə daxil olan və terror hücumu həyata keçirən bir silahlı qrupun sadəcə yoxa çıxması qeyri-mümkündür. Bu vəziyyət məntiqə sığmır.

- Sonda, mən bir azərbaycanlı olaraq Hindistanın Ermənistana silah tədarük etməsinə dair sual vermək istərdim. Hindistan sadə silahlar və ya tapançalar deyil, inkişaf etmiş silah sistemləri tədarük edir. Nə üçün Hindistan Ermənistana silah tədarük edir?

- Bu, müharibə çağırışları və başqalarının daxili işlərinə müdaxilə etmə yanaşması, Hindistanın öz daxili siyasi məqsədlərinə xidmət etmək üçün digər ölkələrə qarşı təsir etmək istəyini göstərir və bu cür hərəkətlər beynəlxalq birlik tərəfindən dayandırılmalıdır.

- Beynəlxalq oyunçulardan İran kimi ölkələrin Hindistan və Pakistan arasında vasitəçilik təklifinə İslamabad necə yanaşır və hazırkı böhranı həll etmək üçün beynəlxalq müdaxilənin konstruktiv bir rolu olduğuna inanırmı?

- Biz bütün dostlarımızı Hindistana müharibə siyasətləri yerinə, regional sülh siyasətlərini izləmək və rasional yanaşmalar tətbiq etmək lazım olduğunu vurğulamağa dəvət edirik.

İki gün əvvəl bizim baş nazirin müavini və xarici işlər naziri Azərbaycan xarici işlər naziri ilə yaxşı bir söhbət etdilər və son dövrlərdəki vəziyyətlə bağlı Azərbaycanlı qardaşlarımıza məlumat verdik. Hər zaman olduğu kimi, Azərbaycanın Pakistanla birlikdə durduğuna görə minnətdarıq. Bizim ölkələr bir-birinə hər zaman dəstək olub. Eynilə, İran da bizim qonşumuzdur. Buna görə də biz İranı və ya hər hansı digər bir ölkəni Hindistana sülh yolu tutmağa çağırmaqda və ağıl yolunu izləməyə təşviq etməkdə müsbət bir rol oynamasına razı olardıq.

- Hər iki ölkənin nüvə silahına sahib olduğu nəzərə alındıqda, mövcud mübahisənin nüvə müharibəsinə çevrilmə riski nə qədərdir?

- Bu, hər hansı ağıllı bir şəxsin ağlından belə keçirməməli olduğu bir məsələdir. Hindistandan əvvəlki illərdə nüvə müharibəsi təhdidləri kimi məsuliyyətsiz bəyanatlar eşidilmişdi və bu, Hindistanın bəlkə də nüvə gücünə sahib olmağa hazır olmadığını göstərir. Çünki belə dağıdıcı silahlarla müəyyən bir səviyyədə yetkinlik və məsuliyyət olmalıdır.

Əgər bu cür ritorika davam edərsə, o zaman digər beynəlxalq güclər ciddi şəkildə düşünməlidir ki, Hindistanın bu silahlara sahib olub-olmaması düzgün olacaqmı. Bu, bir uşağa kibrit verib, sonra onun evini yandırmasına icazə vermək kimidir.

- Pakistan və Azərbaycanın tarixi əlaqələri nəzərə alındıqda, regional və qlobal meydan oxumaların işığında, ikitərəfli əlaqələrimizin gələcək inkişafını necə görürsünüz?

- İcazə verin deyim ki, biz yaxın əlaqələrə yox, qardaşlıq əlaqələrinə sahibik. Tarixi olaraq, Pakistan və Azərbaycan bir-birinin yanındadır və bu, ilk gündən belə olub.

Müstəqilliyimizdən bəri biz hər zaman Azərbaycanın yanında olmuşuq. Azərbaycanınla olan ikitərəfli əlaqələrimiz qarşılıqlı hörmət, qarşılıqlı inam və qarşılıqlı sevgi əsasında qurulub. Bu yalnız liderlər arasında deyil, həm də xalq arasında və ümumi cəmiyyətdədir. Əgər Pakistanı ziyarət etmək şansınız olsa, sadəcə desəniz ki, mən Azərbaycandanam, orada VİP qəbul edilərsiniz. Çünki həqiqətən də Azərbaycanı sevir və hörmət edirlər, Türkiyəni də sevirlər və insanlar anlayır ki, bizim ölkələrimiz tarixi baxımdan bağlıdır.

İndi isə regional kontekstə gəlincə, regional kontekstin effektiv olması üçün bizim ikitərəfli əlaqələrimizi daha da gücləndirmək vacibdir. Son bir neçə il ərzində Baş nazir Şahbaz Şərif hakimiyyətə gəldikdən sonra, Azərbaycan bizim ən yüksək xarici siyasət prioritetlərimizdən biri olub. Keçən il prezidentiniz Pakistana tarixi bir səfər etdi.

Geosiyasi baxımdan Azərbaycanın mövqeyindən faydalanaraq, Pakistanın regional əlaqələri gücləndirməyə və daha da inkişaf etdirməyə kömək edəcəyini ümid edirik. Pakistan keçən il Azərbaycanla imtiyazlı ticarət sazişi bağladı, biz Azərbaycanla tranzit ticarət sazişi də bağladıq. Ümid edirik ki, Azərbaycan ölkələrimizi daha güclü bir şəkildə birləşdirməkdə və Pakistanın da Azərbaycanın geosiyasi mövqeyindən faydalanmasında və regional əlaqələrin daha da gücləndirilməsində rol oynayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Aprel 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see182

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see157

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see152

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see144

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see142

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see139

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see139

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see136

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see136

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see134

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see131

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see129

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see128

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see125

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see123

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see122

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri