Pakistan Tramp ailəsinin kriptovalyuta şirkəti ilə əməkdaşlıq edəcək
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Pakistan hakimiyyəti ABŞ Prezidenti Donald Trampın ailəsi ilə əlaqəli olan "World Liberty Financial" (WLF) kriptovalyuta şirkəti ilə rəqəmsal ödənişlərin aparılması imkanlarının araşdırılmasına dair müqavilə imzalayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi mənbəyə istinadən məlumat verib.
Mənbənin məlumatına görə, söhbət transsərhəd hesablamaları üçün steyblkoindən istifadə imkanlarından gedir. Müqaviləyə əsasən, WLF öz kriptovalyutasının tənzimlənən rəqəmsal ödənişlər strukturuna inteqrasiya edilməsi üçün Pakistan Mərkəzi Bankı ilə əməkdaşlıq edəcək. Nəşrin məlumatına görə, bu, tokenə Pakistanın öz rəqəmsal valyuta infrastrukturu ilə yanaşı fəaliyyət göstərməsinə imkanı verəcək.
"World Liberty Financial" kriptovalyuta layihəsi olan təxminən bir il yarım əvvəl Trampın seçkiqabağı kampaniyası zamanı təsis edilib. O zaman Tramp bəyan edib ki, bu, ABŞ-ni yenidən möhtəşəm etməyə kömək edəcək, lakin bu dəfə kriptovalyutanın köməyi ilə.
WLF-in bütün tokenlərinin təxminən dörddə biri Trampın ailəsinə məxsusdur. ABŞ prezidentinin özü "World Liberty Financial"ın fəxri həmtəsisçisi elan edilib.
2025-ci ilin mart ayında ABŞ lideri "Bitcoin"lərin strateji kriptovalyuta ehtiyatının yaradılması haqqında sərəncam imzalayıb. Prezident yanında Elmi-Məsləhət Komitəsinin həmsədri təyin olunmuş və ABŞ-nin süni intellekt və kriptovalyuta siyasətindən məsul olan investor Devid Saks bildirib ki, ehtiyat təxminən 200 000 "Bitcoin"ə çata bilər.
Baxış sayı:108
Bu xəbər 14 Yanvar 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















