Icma.az
close
up
RU
Pakistan vaxt qoyudu Hansı ölkələr müharibəyə qoşulur?

Pakistan vaxt qoyudu Hansı ölkələr müharibəyə qoşulur?

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Pakistanın Müdafiə Naziri Xavaca Məhəmməd Asif Hindistanla müharibə riskinin artdığını bildirib. 

Sfera.az xəbər verir ki, bu açıqlama, Kəşmirdə 26 hindistanlı turistin öldüyü hücumdan sonra verilib. Asif Hindistanın hərbi müdaxiləsinin “qaçılmaz” olduğunu və Pakistanın buna qarşı hazırlıqlı olduğunu qeyd edib. O, Hindistanla 2-4 gün ərzində müharibə təhlükəsinin olduğunu vurğulayıb.

Müharibə riski nə qədər realdır? İran, Əfqanıstan, ümumiyyətlə qonşu dövlətlərin müdaxiləsi gözləniləndirmi?

Mövcud suallarla bağlı Sfera.az- a açıqlama verən politoloq Əziz Əlibəyli tərəflərin beynəlxalq səviyyədə ciddi silahlanma dəstəyi aldığını deyib:

“Xüsusilə Hindistanın əldə etdiyi yeni silahlar beynəlxalq silahlanma hesabatlarında əks olunub və bu barədə son məruzələr yayımlanıb. Eyni zamanda, Pakistan tərəfinə də, xüsusilə vilayət əraziləri vasitəsilə Türkiyədən müəyyən silah daşınmalarının həyata keçirildiyi müşahidə olunur”. 

Analitik bu prosesdə beynəlxalq aktorların müharibənin baş verməsində maraqlı olduqlarının açıq göründüyünü vurğulayıb. 

O qeyd edib ki, Hindistan savaşın başlanması üçün aktiv şəkildə təşəbbüskar rol oynayır:

“Hindistanın arxasında əsas dəstəkçi qüvvələr isə Birləşmiş Paktlardır. Bu dəstəyin əsas məqsədi Pakistan kimi bir ölkəni zəiflətmək və eyni zamanda Çin Xalq Respublikasını bölgədəki proseslərə daha dərindən cəlb etməkdir. Belə bir vəziyyətdə savaşın başlaması demək olar ki, qaçılmaz görünür”.

Müsahibimizin fikrincə, Əfqanıstanın müxtəlif hərbi qruplaşmalarının da bu münaqişədə müəyyən rolu ola bilər:

“Eyni zamanda, Əfqanıstan ərazisində ABŞ-nin xüsusi hərbi bazasının yenidən qurulması məsələsi gündəmə gəlib. Taliban keçmişdə ABŞ-yə icarəyə verdiyi ərazini yenidən geri qaytararaq onun istifadəsinə verib. Bu isə Əfqanıstanın münaqişəyə həm ABŞ yönümlü, həm də arxadan Pakistan üçün təhdid yaradan ikiüzlü mövqe ilə yanaşmasına zəmin yaradır”.

Fidan Hacızadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 Aprel 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri