Pakistan və Əfqanıstan arasında mühüm razılaşma əldə olundu
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çin Xalq Respublikasının Urumçi şəhərində baş tutan və bir həftə davam edən qeyri-rəsmi danışıqların yekununda Əfqanıstan və Pakistan arasında razılaşma əldə olunub.
Çinin vasitəçiliyi ilə keçirilən görüşdə tərəflər mövcud ziddiyyətləri qısa müddətdə nizamlamağın vacibliyini vurğulayıblar. Eyni zamanda vəziyyəti daha da gərginləşdirə biləcək hərəkətlərdən imtina olunacağını bəyan ediblər.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi sözçüsü Mao Ninq açıqlama verib.
XİN rəsmisinin sözlərinə görə, aprelin 1-dən 7-dək Urumçidə hər üç ölkənin təhlükəsizlik, müdafiə və diplomatiya sahələrini təmsil edən nümayəndə heyətləri arasında bir neçə qeyri-rəsmi görüş təşkil olunub. Tərəflər mübahisəli məsələlərin yalnız qarşılıqlı müzakirələr və dialoq vasitəsilə həllinə tərəfdar olduqlarını təkrarlayıb, eskalasiyaya səbəb ola biləcək addımlardan uzaq duracaqlarına dair öhdəlik götürüblər.
Sözçü diqqətə çatdırıb ki, danışıqlar prosesində Pakistan və Əfqanıstan arasındakı əlaqələrin kompleks şəkildə normallaşdırılması yolları nəzərdən keçirilib, həmçinin ilk növbədə həllini gözləyən məsələlər dəqiqləşdirilib.
Çin XİN nümayəndəsi yekunda bildirib ki, Pekin bundan sonra da ortaq məsləhətləşmələrə ev sahibliyi edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 08 Aprel 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















