Pakistan və Qətər rəsmiləri İrandadır
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pakistan və Qətərdən olan nümayəndə heyətləri İran və ABŞ arasında gərginliyin azaldılması məqsədilə aparılan danışıqları intensivləşdirmək üçün Tehrana səfər ediblər.
Bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, vasitəçilər Vaşinqton və Tehran arasında mümkün atəşkəsin pozulmasının qarşısını almaq üçün diplomatik səylərini artırıblar.
Pakistan Silahlı Qüvvələrinin baş komandanı, feldmarşal Asim Munir rəhbərlik etdiyi nümayəndə heyəti cümə axşamı İrana səfər edib. Qərb mediası, həmçinin Tehranda Qətərdən olan nümayəndələrin də danışıqlarda iştirak etdiyini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının qaldığını qeyd edib və “diplomatiyanın zaman tələb etdiyini” vurğulayıb.
ABŞ tərəfi isə bu həftə danışıqlarda müəyyən irəliləyiş əldə olunduğunu açıqlayıb. Bununla yanaşı, Qərb mediası Vaşinqtonun İrana qarşı yeni zərbələr endirməsi ehtimalını da istisna etmir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 May 2026 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















