Pakistanda 20 polis qaçırıldı
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində naməlum silahlı şəxslər 20 polis təcrübəçisini qaçırıblar.
Redaktor.az "Dawn" nəşrinə istinadən xəbər verir ki, hadisə Mastunq dairəsində, Kvetta-Kəraçi avtomobil yolunda baş verib.
Avtomat silahlarla silahlanmış və motosikletlə hərəkət edən naməlum şəxslər Kələt polis təlim mərkəzindən həftəsonu evlərinə qayıdan gənc polislərin olduğu mikroavtobusu saxlayıblar. Silahlılar nəqliyyat vasitəsini ələ keçirərək içərisindəki 20 polis təcrübəçisini naməlum istiqamətə aparıblar.
Mikroavtobusun sürücüsü və daha üç sərnişin isə sərbəst buraxılıb.
Pakistanın hüquq-mühafizə orqanları ətrafdakı dağlıq ərazilərdə axtarış əməliyyatına başlayıblar. Lakin hələlik nəticə əldə olunmayıb.
Bölgədə fəaliyyət göstərən silahlı qruplaşmalardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Oktyabr 2026 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















