Pakistanda avtobus partlayıb: 4 nəfər ölüb, 30dan çox şəxs yaralanıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pakistanın Bəlucistan əyalətinin Turbat şəhəri yaxınlığında avtobusda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 32 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Pakistanın “DAWN” agentliyi məlumat yayıb.
Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır.
İlkin məlumatlara görə, partlayış Kəraçidən Turbat istiqamətində hərəkət edən avtobusda baş verib. Hadisə yerinə çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda partlayışla bağlı hərtərəfli araşdırma aparılır.
Hücuma görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” qruplaşması öz üzərinə götürüb.
Pakistanın Baş naziri Şehbaz Şərif hücumu pisləyib.
“Terrorçular öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Hökumət və təhlükəsizlik qüvvələri terrorçulara qarşı fəal mübarizə aparır”, - Baş nazir vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 Yanvar 2025 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















