Pakistanda bomba partlayışında iki təhlükəsizlik əməkdaşı ölüb
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Pakistanın cənub-qərbində Bəlucistan əyalətinin Kəlat rayonunda bomba partlayışı nəticəsində iki təhlükəsizlik əməkdaşı ölüb, dörd nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Xinhua” təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, partlayış rayonun Manqoçar bölgəsinin Coban kənd ərazisində patrul xidməti aparan təhlükəsizlik əməkdaşlarını daşıyan avtomobilin yanında baş verib.
Təhlükəsizlik qüvvələri və xilasetmə komandaları hadisə yerinə gəlib, ölənlərin cəsədlərini və yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar.
Mənbə bildirib ki, hücum naməlum şəxslər tərəfindən məsafədən idarə olunan özəl hazırlanmış partlayıcı qurğudan istifadə edilərək həyata keçirilib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 İyun 2025 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















