Pakistanda dəhşətli partlayış: Xeyli ölən və yaralanan var, 90 evə zərər dəyib
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Pakistanda yanacaqdaşıyan maşın partlayıb. Hadisə nəticəsində azı altı nəfər həlak olub, 30-dan çox yaralı var.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Geo TV" telekanalı xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisə bu gün səhər Pəncab əyalətinin Multan şəhərində baş verib. Səbəb şəhərin sənaye rayonlarından birində park edilmiş avtosisternin klapanından qaz sızması olub. Partlayış güclü yanğına səbəb olub və nəqliyyat vasitəsinin qırıntıları yaxınlıqdakı yaşayış binalarına düşərək əhəmiyyətli dağıntılar törədib. Yanğın 10 yanğınsöndürən briqadanın iştirakı ilə bir neçə saatlıq işdən sonra söndürülüb.
Yaralılardan 13-nün vəziyyəti ağırdır. Partlayış yerinin ətrafında ən azı 20 ev tamamilə dağılıb, daha 70-i qismən zədələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 27 Yanvar 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















