Pakistanda güclü yağışlar: 3 ü uşaq olmaqla 4 nəfər öldü
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Pakistanda müşahidə olunan intensiv yağışlar nəticəsində ölkənin cənub-qərb bölgələrində ciddi fəsadlar qeydə alınıb.
Redaktor.az xəbər verir ki, “Dawn” qəzetinin yerli rəsmilərə istinadən yaydığı məlumata əsasən, Belucistan əyalətinin Job və Xuzdar bölgələrində güclü yağıntılar iki yaşayış evinin damının uçmasına səbəb olub.
Məlumata görə, hadisə nəticəsində 3-ü uşaq olmaqla ümumilikdə 4 nəfər həyatını itirib. Azı 4 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir.
Bildirilir ki, hadisə yerinə cəlb olunan axtarış-xilasetmə qrupları dağıntılar altında qalan şəxslərin cəsədlərini çıxarıb, yaralılar isə təcili tibbi yardım vasitəsilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qeyd olunur ki, bölgədə yağışların davam etməsi ehtimalı fonunda yerli hakimiyyət orqanları əhalini ehtiyatlı olmağa çağırıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 03 İyul 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















