Pakistanda sərnişin avtobuslarına silahlı hücum: 28 nəfər öldü
Icma.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pakistanın Hayber Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan sərnişin mikroavtobuslarına silahlı hücum nəticəsində azı 28 nəfər ölüb, 30 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, bir neçə silahlı şəxs Paraçinardan Pişəvər şəhərinə gedən şiə müsəlmanları daşıyan mikroavtobuslara atəş açıb.
İlkin məlumata görə, hücum nəticəsində azı 28 nəfər ölüb, 30 nəfər yaralanıb.
Yaralıların aparıldığı xəstəxananın həkimi Qayur Hüseyn hücumda həyatını itirənlərin sayının arta biləcəyini bildirib.
Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
Pakistan prezidenti Asif Əli Zərdari hücumu pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.
Nərgiz,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















