Icma.az
close
up
RU
Pakistanda şok olay: 13 yaşlı uşaq...

Pakistanda şok olay: 13 yaşlı uşaq...

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Pakistanın cənub-şərqində bir cütlük evlərində qulluqçu işləyən 13 yaşlı İkranı şokolad oğurladığı iddiası ilə öldürüb. 

“Cebheinfo.az” xəbər verir ki, bu hadisə uşaq əməyi və insan hüquqlarının pozulması ilə bağlı böyük müzakirələrə səbəb olub.

Adı İkra olaraq açıqlanan uşaq aldığı çoxsaylı xəsarətlərdən xəstəxanada keçinib. 

Polisin apardığı ilk araşdırmada İkraya işgəncə verildiyi müəyyən edilib.
Ravalpindi şəhərində baş verən hadisə böyük qəzəb yaradıb və ölkədə uşaq əməyi və qulluqçularla pis rəftarla bağlı müzakirələri yenidən qızışdırıb.

Uşaq əməyinə dair qanunlar bölgələrə görə dəyişə bilər, lakin Pəncab əyalətində 15 yaşdan kiçik insanlar ev qulluqçusu kimi işə götürülə bilməzlər.

İkranın atası Sana Ullah “BBC”-yə açıqlamasında "O, öləndə içimdəki bir şey tamamilə parçalandı" deyib. 

Sana Ullah ötən çərşənbə günü polisdən zəng aldığını, təcili xəstəxanaya getdiyini və İkranın çarpayıda huşsuz vəziyyətdə uzandığını gördüyünü söylədi. İkra bir neçə dəqiqə sonra həyatını itirib. 

İkra səkkiz yaşından qulluqçu işləyib və 45 yaşlı fermer ata borcu olduğu üçün qızını işə göndərdiyini deyib.

İkra bir neçə fərqli yerdə işlədikdən sonra iki il əvvəl səkkiz uşaq sahibi olan bu cütlüyün yanında işə başlayıb və ayda 28 dollar qazanıb. 

Polis İkranın cütlük tərəfindən şokolad oğurlamaqda günahlandırıldığını bildirərək, ilkin istintaqda uşağa işgəncə verildiyini müəyyən etdiklərini açıqlayıb.

Polis həmçinin tez-tez sui-istifadəni göstərən dəlillərin olduğunu bildirdi. 
“BBC”-nin əldə etdiyi video və fotoşəkillərdə İkranın qollarında və ayaqlarında sınıqlar, başından ciddi zədə olduğu görünür.

İkranın işəgötürənləri Rəşid Şəfiq və həyat yoldaşı Səna ailədə işləyən Quran müəllimi ilə birlikdə həbs ediliblər.

Müəllim İkranı xəstəxanaya aparıb və həkimlərə qızın atasının öldüyünü, anasının isə ortada olmadığını bildirib.

İkranın atası da “qızının ölümünə səbəb olanların cəzalandırılmasını görmək istədiyini” deyib.

Bu cür işlərin qəzəb doğurmasına baxmayaraq, onlar tez-tez məhkəmədən kənar həll olunur və şübhəlilər nadir hallarda tam şəkildə mühakimə olunurlar.

2018-ci ildə bir hakim və onun həyat yoldaşı 10 yaşlı qulluqçusuna işgəncə verdikləri üçün 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Bu hadisə ölkədə böyük hiddət doğursa da, sonradan onların cəzaları bir ilə endirilib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məlumatına görə, Pakistanda 3,3 milyon uşaq işçi çalışır.

Beynəlxalq Əmək Təşkilatı həmçinin ölkədəki 8,5 milyon ev işçilərinin əksəriyyətinin qadın və qızlar olduğunu bildirir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Fevral 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri