Icma.az
close
up
RU
Pakistanda tayfa savaşları qızışıb: Ölü sayı 130u keçdi

Pakistanda tayfa savaşları qızışıb: Ölü sayı 130u keçdi

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pakistanın şimal-qərbində iki həftədir davam edən tayfalararası qarşıdurmalarda həyatını itirənlərin sayı 130-a çatıb.
Sitat.info yerli mediaya istinadən xəbər verir ki, Kurram bölgəsində şiə və sünni qəbilələri arasında vaxtaşırı toqquşmalar baş verir və bu toqquşmalarda çoxlu insan həlak olur.

Geo News-un məlumatına görə, Əfqanıstanla sərhəd bölgədə iki həftədir davam edən tayfalararası toqquşmalarda ölənlərin sayı 130-a yüksəlib, 186 nəfər yaralanıb.

Bölgədə son illərin ən qanlı qarşıdurması yaşanarkən, hakimiyyət nüfuzlu şəxslərlə görüşərək gərginliyi azaltmağa çalışır. Hökumət rəsmilərinin səyi nəticəsində yekun sülhün əldə olunduğu açıqlansa da, zaman-zaman münaqişələr yarana bilər.

Bildirilir ki, meyitlərin və saxlanılan şəxslərin dəyişdirilməsi ilə bağlı tərəflər arasında ciddi fikir ayrılıqları var.

Son 12 gündə rayonda telefon və internet xidmətlərində ciddi fasilələr olub, təhsil müəssisələri və mağazalar əksər hallarda bağlı qalıb.

Qəbilə ərazilərini birləşdirən Pişəvər-Paraçinar yolu da tez-tez nəqliyyatın hərəkəti üçün bağlanır. 

Cümə axşamı, noyabrın 21-də yaraqlılar Kürrəmdə şiələri daşıyan sərnişin karvanına silahlı hücum edib, azı 42 nəfər həlak olub.

Hücumdan sonra bölgədə şiə və sünni qəbilələri arasında qarşıdurma baş verib.

240 milyon əhalisi olan Pakistanda şiələr ölkənin təxminən 15 faizini təşkil edir.

Noyabr ayında Pakistanın müxtəlif bölgələrində törədilən terror aktları və qarşıdurmalarda da insan tələfatı olub. Pakistan Münaqişələr və Təhlükəsizlik Araşdırmaları İnstitutunun hesabatına görə, noyabr ayında ölkədə baş verən terror aktları və münaqişələr nəticəsində azı 245 nəfər həlak olub.

Seymur,

Sitat.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://sitat.info
archiveBu xəbər 02 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see663

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see183

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see159

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see157

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see154

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see154

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see149

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see146

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see144

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see141

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see141

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see139

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see137

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see135

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see135

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see132

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see131

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see127

Xərçəng xəstəliyinin əməliyyatı və müalicəsi niyə icbari tibbi sığortaya salınmır? Müzakirə

25 İyul 2025 18:48see123

Qəzzanı aclığa məhkum edən İsrailə qarşı qazan və tavalarla etirazlar başlayıb

26 İyul 2025 11:08see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri