Pakistanda terror törədildi Xeyli sayda hərbçi öldü
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pakistanın Noşki (Bəlucistan) bölgəsində N-40 magistral yolunda sərhədçi avtobus karvanına hücum olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində azı 12 pakistanlı əsgər həlak olub, 26-sı isə yaralanıb. Silahlı hücumdan əvvəl partlayış törədilib. Partlayış kamikadze tərəfindən əldəqayırma qurğudan istifadə etməklə həyata keçirilib.
Hərbçilərin cavab atəşi nəticəsində iki terrorçu məhv edilib. Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Hücuma görə məsuliyyəti Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürüb.

Pakistanda partlayış törədildi Xeyli sayda ölən və yaralanan var
14 Fevral 2025 19:55
Pakistanda növbəti terror aktı törədildi
23 Noyabr 2024 23:23
Pakistanda terror aktı törədildi Ölənlər var
06 Fevral 2025 17:11
Pakistanda ağır qəza Xeyli sayda ölən var
12 Yanvar 2025 15:17
Pakistanda nəzarətburaxılış məntəqəsinə hücum 16 hərbçi öldü
21 Dekabr 2024 15:54
