Pakistanda ticarət mərkəzində baş verən yanğında həlak olanların sayı 67 yə çatıb
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Pakistanın Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzinin binasında baş verən yanğında ölənlərin sayı 67 nəfərə çatıb.
Moderator.az-ın məlumatına görə, bunu "Geo" telekanalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Qeyd edək ki, yanvarın 17-də axşam Kəraçidə yerləşən ticarət kompleksinin birinci mərtəbəsində yanğın baş verib. Yanğını 33 saatdan sonra söndürmək mümkün olub.
Əvvəlcə 60 nəfərin həlak olduğu bildirilirdi. Həkimlərin sözlərinə görə, hazırda faciə qurbanlarından 15-nin şəxsiyyəti müəyyən edilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altında 80-dən çox insanın qala biləcəyi ehtimal olunur.
Telekanalın qeyd etdiyi kimi, ilkin istintaqın nəticələri hadisənin elektrik naqillərində qısaqapanma səbəbindən baş verdiyi versiyasını təkzib edir. Araşdırma göstərib ki, yanğın süni güllər mağazasında başlayıb və həmin vaxt orada uşaqlar oynayırmış. Yanğının ehtiyatsız davranış nəticəsində baş verməsi güman olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 Yanvar 2026 23:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















