Pakistandan cavab tədbiri Hindistanlı diplomata 24 saat vaxt verildi
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pakistan Hindistan səfirliyinin əməkdaşını rəsmi statusuna uyğun gəlməyən fəaliyyətinə görə "arzuolunmaz şəxs" elan edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.
"Bu qərar diplomatik normalara uyğundur və Pakistanın öz suverenliyini qoruyub saxlamaq öhdəliyini əks etdirir", - məlumatda qeyd olunub.
Hindistanın müvəqqəti işlər vəkili Pakistan XİN-ə çağırılıb və orada ona müvafiq demarş verilib.
Adı və vəzifəsi açıqlanmayan Hindistan səfirliyinin əməkdaşı 24 saat ərzində Pakistanı tərk etməlidir.
Qərar Hindistanın çərşənbə axşamı Pakistanın Nyu-Dehlidəki səfirliyinin əməkdaşını diplomatik statusuna uyğun olmayan fəaliyyətlərə görə "persona non grata" elan etməsinə cavab olaraq qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 14 May 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















