Pakistandan ət idxalı Azərbaycanda ətin qiymətini aşağı salacaq? AÇIQLAMA
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Pakistan Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə alıb və tədarükün operativ şəkildə həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yerli idxal şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır. Bu barədə ölkənin Ticarətin İnkişafı İdarəsi (TDAP) məlumat yaylıb.
Bəs Pakistandan ət idxalı Azərbaycanın ət bazarındakı təlabatı ödəyəcəkmi? Ətin qiyməti necə dəyişəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli qeyd etdi ki, bunlar Pakistandan bazara nə qədər ət gələcəyindən asılıdır:
"Bundan sonra vəziyyət haqqında danışmaq olar. Ölkəyə Pakistandan ucuz ət gəlsə, qiymətlərə təsir edə bilər. Amma söhbət ondan gedir ki, Pakistandan gələn ət dondurulmuş ət olacaq. Vətəndaşların isə yeni kəsilmiş ətlərə marağı daha çox olur. Əhali yeni kəsilmiş ətləri üstün hesab edib, ona pul verir".
Onun sözlərinə görə, dondurulmuş ətlər indi də bir az ucuzdur:
"Ümumiyyətlə, idxalın artması qiymətlərə yaxşı təsir, yəni ucuzlaşdırıcı təsir göstərir. İdxal məhsulu bolluğu artırır və qiymətlər aşağı düşür. Amma indi Pakistandan nə qədər ət gələcək, hansı qiymət intervalında gələcək, əsas məsələ budur. Bizə Rusiyadan, Monqolustandan, yəni qonşu ölkələrdən də ət gəlir. Pakistan məsafəcə o qədər bizə yaxın deyil, deyim ki, daha çox ucuz gəlmə ehtimalı var. Amma ümumiyyətlə də idxalın çoxalması qiymətlərə ucuzlaşdırıcı təsir göstərir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















