Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pakistan Baş naziri Şahbaz Şərif bu gün İslamabadda baş verən partlayışa görə Hindistanı günahlandırıb.
APA “Al Jazeera” kanalına istinadən xəbər verir ki, Şahbaz Şərif həm partlayış, həm də Pakistan-Əfqanıstan sərhədində yerləşən hərbi məktəbə hücumda Hindistanı ittiham edib və bu iki hadisənin Hindistanın dövlət terrorizminin bariz nümunəsi olduğunu bəyan edib.
“Biz terrorizm bəlası məhv olana qədər onlara (Hindistana) qarşı müharibəni davam etdirəcəyik”, Pakistanın Baş naziri vurğulayıb.
Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda məhkəmə yaxınlığında partlayış baş verib.
Nəticədə 12 nəfər ölüb, 27 nəfər xəsarət alıb.
Təhriki-Taliban qruplaşmasının Pakistan-Əfqanıstan sərhədi yaxınlığında yerləşən hərbi məktəbdən pakistanlı kursantları girov götürmək cəhdi isə uğursuz alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 11 Noyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















