Icma.az
close
up
RU
Pakistanın Ermənistanı bloklaması Hindistana açıq mesajdır AÇIQLAMA

Pakistanın Ermənistanı bloklaması Hindistana açıq mesajdır AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlüyünə keçməklə bağlı blok qoymasının arxasında duran bir neçə səbəb ola bilər. Amma əsas görünən odur ki, Pakistan-Azərbaycan dostluğu, qardaşlığı və yaxınlığı Hindistan üçün qəbuledilməzdir. Əslində, Azərbaycanın Hindistanla münasibətlərində əvvəllər ciddi gərginlik olmayıb. Azərbaycanla Hindistan arasında ticarət əlaqələri mövcuddur və hətta bir milyard manata yaxın ticarət dövriyyəsi olub. Bu isə o deməkdir ki, Azərbaycanın Hindistanla bağlı bir problemi yoxdur". 

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov Hindistanın Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzvlük təklifinə blok qoymasının səbəblərindən danışarkən bildirdi. Onun sözlərinə görə, Hindistanın Ermənistanı müharibə zamanı silahlandırması isə ayrıca məsələdir:

"Hindistanın Azərbaycana qarşı hərəkətində əsas motiv Pakistanın müdafiəsi və haqlı mövqeyinin dəstəklənməsidir. Pakistan da Azərbaycanın mövqeyinə uyğun hərəkət edir və bu, qeyri-adi hal deyil. Əgər Azərbaycan bu işlərə razılıq verməsəydi, Pakistan Ermənistanı tanısa belə, Azərbaycan bu addımı dəstəkləməsə, belə hərəkət etməzdi. Pakistanın Ermənistanı bloklaması Hindistana açıq mesajdır ki, əgər sən Azərbaycanın iştirakını məhdudlaşdırırsansa, mən də sənin tərəf olduğunu bloklayıram. Bu, tərəflər arasında açıq bir siqnal kimi qiymətləndirilir. Bu baxımdan Pakistan Azərbaycan kimi eyni qardaşlıq münasibətlərini davam etdirir. Azərbaycan da öz növbəsində bu münasibətləri qoruyur. Azərbaycan Prezidenti ilə Pakistan Baş naziri Şahbaz Şərif arasındakı görüşdə də bu məsələ müzakirə olunub. Qardaşlıq münasibətləri inkişaf etdirilir və davam etdirilir".

Müsahibimizin fikrincə, Pakistanla Azərbaycan arasındakı qardaşlıq münasibətinin böyük faydaları olacaq:

"Paralel olaraq, Hindistana da bir mesaj verilib: bu cür hərəkətlər Azərbaycan və Pakistanı bir-birinə qarşı yönəltməyəcək, əksinə, bir-birimizin yanında daha sıx və möhkəm dayanmağımıza şərait yaradacaq".

Xədicə BAXIŞLI
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri