Pakistanın şimal qərbində avtomobil qəzasında bir ailənin 8 üzvü həlak olub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 2 may, AZƏRTAC
Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində avtomobilinin dərəyə aşması nəticəsində bir ailənin 8 üzvü həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə mətbuata açıqlamasında dövlət xilasetmə xidmətinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, qəza dünən axşam saatlarında Karakorum şossesinin Kohistan dairəsində baş verib. Avtomobil idarəetməni itirərək dərəyə aşıb və nəticədə 4 uşaq da daxil olmaqla, maşındakı 8 nəfərin hamısı həlak olub.
Hadisə yerinə gələn xilasedicilər və yol polisi cəsədləri yaxınlıqdakı xəstəxanaya aparıblar. Qəzanın səbəbləri araşdırılır.
Pakistanın şimalındakı dağlıq ərazilərdə ağır yol-nəqliyyat hadisələrinin ümumi səbəbi pis yol şəraiti və sürət həddinin aşılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 May 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















