Pakistanın şimalqərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 21 dekabr, AZƏRTAC
Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində naməlum silahlıların hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 16 hərbçi öldürülüb, beş nəfər isə ağır yaralanıb.
AZƏRTAC xəbər verir ki, hadisə Əfqanıstanla sərhəddən 40 kilometr məsafədə yerləşən Makin rayonunda baş verib. Hücumda 30 silahlının iştirak etdiyi və döyüşün bir neçə saat sürdüyü bildirilir. Məlumata görə, silahlılar nəzarət-buraxılış məntəqəsini tutub, orada yerləşən rabitə vasitələrini məhv edib və xeyli silah-sursat ələ keçirib.
Qeyd edək ki, bu il Pakistanda müxtəlif silahlı qruplaşmaların hücumları nəticəsində 1082 nəfər həlak olub. Ən çox hücum Hayber-Paxtunxva əyalətində qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 21 Dekabr 2024 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















