Pakistanın turizm şirkətləri Azərbaycana gəlib
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 16-22 avqust tarixlərində Pakistanın 10 aparıcı turizm şirkəti üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
“Cebheinfo.az” xəbər verir ki, Pakistanın beynəlxalq turizm sərgisini “Pakistan Travel Mart”la birgə təşkil olunan tanışlıq turu çərçivəsində iştirakçılara mədəni irs, təbiət, tarixi turizm üzrə müxtəlif turizm məhsulları tanıdılıb və turizm sənayesi nümayəndələri arasında B2B formatında görüşlər keçirilib.
50-yə yaxın yerli şirkətin iştirak etdiyi B2B görüşdə qarşılıqlı əməkdaşlıq imkanları və turist mübadiləsi üzrə müzakirələr aparılıb.
Hazırda Pakistanın Lahor və İslamabad şəhərlərindən Azərbaycana birbaşa uçuşlar həyata keçirilir. 2025-ci ilin yanvar-iyul aylarında 46 mindən çox Pakistan vətəndaşı gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% artım deməkdir.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 21 Avqust 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















