Pakistanın XİN rəhbəri ABŞ İran danışıqları barədə misirli həmkarını məlumatlandırıb
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Misirin xarici işlər naziri Bədr Əbdülati pakistanlı həmkarı Məhəmməd İshaq Darla telefonla danışı və ABŞ ilə İran arasındakı diaqlo barədə fikir mübadiləsi aparıb.
"Report" xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Bu zəng İslamabadda ABŞ və İran arasında keçirilən danışıqların ardınca regional vəziyyətlə bağlı son inkişafları nəzərdən keçirmək və iki ölkə arasındakı birgə səyləri əlaqələndirmək məqsədi daşıyırdı", - XİN-in məlumatında bildirilib və əlavə olunub ki, zəng zamanı iki ölkə arasında sıx koordinasiya və davamlı məsləhətləşmələrin qorunub saxlanılması vurğulanıb:
"Həmçinin mövcud vəziyyətin regional sülh və təhlükəsizliyə təsirləri fonunda ABŞ və İran arasında anlaşma əldə etməyə yönəlmiş birgə səylər çərçivəsində Bədr Əbdülatiyə İslamabad danışıqları barədə məlumat verilib. Hər iki nazir regionda təhlükəsizlik və sabitliyi qorumaq, vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə diplomatik prosesi inkişaf etdirmək, dialoq və sülhsevər həll yollarını üstün tutmaq üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qabardıblar".
Pakistanlı nazir Misir, Pakistan və Türkiyə arasında mövcud koordinasiya səviyyəsini yüksək qiymətləndirib.
Dr. Badr Abdelatty, Minister of Foreign Affairs, International Cooperation and Egyptian Expatriates, holds a phone call with Mr. Mohammad Ishaq Dar, Deputy Prime Minister and Foreign Minister of Pakistan.https://t.co/ZWMkBn6REP pic.twitter.com/h0ocsRQoWP
— Ministry of Foreign Affairs of Egypt (@MFAEgOfficial) April 12, 2026
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 12 Aprel 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















