Pakistanla Əfqanıstan 48 saatlıq atəşkəs elan etdi Reuters
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Pakistan silahlı qüvvələri Əfqanıstanın paytaxtı Kabildə dörd hava hücumu həyata keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Amaj News" mənbələrə istinadən yazıb.
Zərbələrdə pilotsuz təyyarələrdən istifadə edilib. Taimani rayonundakı hədəflərə hücum edilib.
"Reuters"in münaqişənin hər iki tərəfinin rəsmilərinə istinadən verdiyi məlumata görə, Əfqanıstanın cənubundakı Qəndəhar vilayətinə növbəti hava zərbəsi endirilib. "Samaa TV" izah edib ki, orada Taliban sığınacaqları yerləşə bilər.
"Reuters"in Pakistan Xarici İşlər Nazirliyinə istinadən məlumatına görə, Pakistan hökuməti Talibanla hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəlib. Atəşkəs bu gün saat 18:00-da başlayacaq və 48 saat davam edəcək.
Ötən həftə sonu Kabil Pakistanın bir neçə hərbi postuna zərbələr endirdiyini və 58 pakistanlı əsgərin öldürüldüyünü bildirib. Hücumun Əfqanıstan hava məkanının dəfələrlə pozulması ilə bağlı olduğu iddia edilir. Pakistan ordusu 23 əsgərin itirildiyini, 200-dən çox Taliban yaraqlısının və əlaqəli terrorçuların öldürüldüyünü açıqlayıb. Gecə iki ölkə sərhədində toqquşmalar yenidən başlayıb. AFP-nin məlumatına görə, azı 15 nəfər həlak olub.
Aydın

