Palata COP29 üzrə maliyyə hesabatını müsbət qiymətləndirib
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hesablama Palatası 2025-ci il üzrə audit çərçivəsində COP29 Azərbaycan Əməliyyat Şirkətinin gəlir və xərclərini yoxlayıb.
Oxu.Az xəbər verir ki, audit nəticəsində maliyyə hesabatları müsbət qiymətləndirilib.
Sənəddə bildirilir ki, tədbirin maliyyəsinin 92.5%-i dövlət büdcəsindən, 7.5%-i digər mənbələrdən formalaşıb, əsas xərclər konfrans yerləri və məzmun dəyərinə sərf olunub.
Auditorlar bəzi büdcə artımlarını və müqavilə gecikmələrini qeyd edib, lakin ciddi qanun pozuntuları aşkarlanmayıb. Hesablama Palatası sərbəst qalan vəsaitin büdcəyə qaytarılması və aktivlərin təhvil verilməsi barədə qərar qəbul edib.
Baxış sayı:33
Bu xəbər 27 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















