Icma.az
close
up
RU
Palata Təhsil Tələbə Krediti Fondunda nöqsanlar aşkarladı

Palata Təhsil Tələbə Krediti Fondunda nöqsanlar aşkarladı

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hesablama Palatası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunda həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar edib.

"Unikal" xəbər verir ki, audit Fondun yaradıldığı 17 iyun 2021-ci il tarixindən 1 iyun 2024-cü il tarixinə qədər olan dövrü əhatə edib və səmərəlilik (performans) auditi formasında keçirilib, kredit müraciətlərinin təmin olunmasının, eləcə də Fondun fəaliyyətinin təşkilinin nəticəliliyinin qiymətləndirilməsi məqsədi daşıyıb.

Fondun nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 2021-ci ildə 80,0 mln. manat, 2022-ci ildə isə kreditləşmə fəaliyyətinin davam etdirilməsi üçün əlavə 22,0 mln. manat vəsait ayrılmış, auditlə əhatə olunan dövrdə ümumilikdə 32,9 mln. manat vəsait Təhsil Tələbə Kreditinin (TTK) maliyyələşməsinə sərf edilmişdir. Bundan əlavə, həmin dövrdə Fondun saxlanması üçün 3,6 mln. manat xərc edilmiş, bu xərclərin 1,8 mln. manatını əməyin ödənişi xərcləri təşkil etmişdir. Yaranma tarixindən 31 may 2024-cü il tarixinədək Fonda 21888 nəfər tərəfindən cəmi 45688 kredit müraciəti edilmiş, ondan 16799 nəfər üzrə ümumi məbləği 33,1 mln. manat təşkil edən 36063 kredit rəsmiləşdirilmiş, bundan, hamısı sonuncu tədris ilində olmaqla, 130,1 min manat məbləğində 159 müqavilə sonradan ləğv edilmişdir. Ləğv edilmiş 159 müqavilə istisna olmaqla, bakalavriat təhsil səviyyəsi üzrə 25321, magistratura təhsil səviyyəsi üzrə 8841, orta ixtisas təhsili səviyyəsi üzrə 1622 və peşə təhsili səviyyəsi üzrə 120 müraciət üzrə kredit rəsmiləşdirilmiş, kreditdən həm dövlət, həm də özəl təhsil müəssisələrinin tələbələri yararlanmışdır.

Qeyd edilənlərin icrası prosesində bəzi nöqsanlara da yol verilmiş, eləcə kreditlərin verilməsi və funksional fəaliyyətin təşkilinin nəticəliliyinin daha da yüksəldilməsi imkanlarından bəzi hallarda tam istifadə olunmamışdır.

Göstərilənlərə münasibətdə ilk olaraq diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.07.2021-ci il tarixli 226 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda (Qayda) sosial təhsil tələbə kreditinin verilməsi şərtlərinin əsasən sosial rifah göstəricilərinə deyil (ünvanlı sosial yardım istisna olmaqla), kateqoriya xarakterli yanaşmaya əsaslanılması nəticəsində Fondun fəaliyyəti müəyyən edilmiş məqsədlərə tam uyğun olmamışdır. Kateqoriyalı yanaşmanın tətbiqi ilə yanaşı standart TTK ilə müqayisədə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) daha aşağı müəyyənləşdirilməsi sosial kredit istifadəçilərinin zəif təhsil göstəriciləri nümayiş etdirmələrinə imkan yaradan kreditləşmə sisteminin qurulması ilə nəticələnmişdir. Beləliklə də, Fondun TTK-nin verilməsi ilə bağlı yanaşması əsasən sosial cəhətdən riskli qruplara hədəflənmiş, həmin qruplara aid tələbələrin təhsil haqlarını vaxtında ödəmələrinə şərait yaratmaqla təhsillərini başa çatdırmaları məqsədini daşımışdır.

Fondun nəzarət imkanlarının məhdud olması və ali təhsil müəssisələrinin kreditlərin verilməsi prosesində iştirak edən məsul şəxslərinin məsuliyyətinin hüquqi aktlarla tənzimlənməməsi nəticəsində 2 ali təhsil müəssisəsi üzrə 32 halda TTK-dən yararlanan tələbənin faktiki ÜOMG-si Fondun məlumat bazasında əks etdirilən göstəricidən aşağı olmuş, beləliklə də, 71 baldan aşağı göstəriciyə malik tələbəyə, Qaydaların tələbi pozularaq standart TTK verilmişdir. Bu isə, öz növbəsində, dövlət vəsaitinin hüquqi aktların tələblərinin pozulması ilə icrası ilə yanaşı, funksional təyinatı üzrə istifadəsinə də təsir göstərmişdir.

Kredit üçün müvəkkil banka müraciət mərhələsində nəzərdə tutulmuş yanaşma təcrübədə tətbiq edilən yanaşmadan fərqlənmiş, başqa sözlə, təcrübədə tələb olunan sənədlər tələbə tərəfindən banka təqdim edilmədən elektron qaydada təhsil müəssisəsinin məsul şəxsi tərəfindən “Elektron Təhsil Tələbə Krediti” informasiya sistemində (Portal) təsdiqindən sonra kredit müraciəti banka yönləndirilimiş, bəzi hallarda Portaldan çıxarışlarda TTK-nın təhsil müəssisəsi tərəfindən təsdiq edilmədən banka göndərildiyinə dair məlumatlar əks olunmuş, eləcə də Fond tərəfindən ləğv edilmiş bəzi kredit müraciətləri üzrə bank tərəfindən kredit rəsmiləşdirilməsi həyata keçirilmişdir

Ali təhsil müəssisələrinə qəbulun yalnız Dövlət İmtahan Mərkəzi vasitəsilə keçirilən imtahanlarla deyil, eləcə də Scholastic Aptitude/Assessment Test (SAT) nəticəsində də aparıldığını diqqətə alsaq, bu yanaşmanın nəzərə alınmaması SAT ilə qəbul həyata keçirən ali təhsil müəssisələrinə daxil olan tələblərinin birinci semestrdən standart TTK-dan yararlanmağı tam məhdudlaşdırmışdır.

Fondun tələbələrin təhsilinə verə biləcəyi töhfə baxımından əhəmiyyət kəsb edən və beynəlxalq təcrübədə tətbiq edilən – tələbələrin təhsillə bağlı cari xərclərinin (dərslik, qidalanma, yataqxana, yol xərci və s.) ödənilməsi praktikası öyrənilməmiş və nəzərə alınmamış, həmçinin kreditlərdən yararlana biləcək şəxslərin yuxarı yaş həddinin müəyyən olunmaması nəticəsində auditlə əhatə olunan dövrdə 13 halda son qaytarılma tarixinə kredit götürən şəxsin yaşının 60 və daha artıq olmasına şərait yaradan kredit rəsmiləşdirilmişdir ki, ondan 3-ü həmin tarixdə pensiya yaşında olacaqdır. Fondun maliyyə vəsaitlərinin istifadə səviyyəsini və tətbiq olunan sığorta mexanizmlərini diqqətə alsaq, kredit alanların yaşı ilə bağlı hər hansı bir məhdudiyyətin nəzərə alınması zərurəti olmasa da, ictimai faydalılığın formalaşdırılması və əmək bazarında iştirak müddəti baxımından yuxarıda göstərilən amillərlə birgə belə bir məhdudiyyətin müəyyənləşdirilməsinin gələcəkdə zəruri yanaşma kimi formalaşacağı qənaətindəyik.

Himayəçilik Şurası tərəfindən strateji məqsəd və planların, inkişaf istiqamətlərinin müəyyənləşdirilməməsi, həmçinin illik fəaliyyət planlarının təsdiq olunmaması Fondun funksional məqsədlərinin həyata keçirilməsinə nəzarət mexanizmlərinin tətbiqini məhdudlaşdırmaqla bu hədəflərə nail olunmasında risklərə yol açmışdır. Hədəflərlə bağlı kəmiyyət göstəricilərinin müəyyənləşdirilməsində vahid yanaşmanın tətbiq edilməməsi tərtib olunan hesabatlar arasında uyğunsuzluqlarla yanaşı hədəf/nəticə uzlaşmasının qiymətləndirilməsində məhdudiyyətlərə səbəb olmuş, kreditlərin verilməsi planlaşdırılan tələbələrin say göstəricilərində uyğunsuzluqlar tələb olunan xərclərin planlaşdırılmasına təsir göstərən əsas faktoru formalaşdırmışdır.

Himayəçilik Şurası tərəfindən vəsaitlərin idarə olunması istiqamətində fəaliyyətin tam icra edilməməsi, o cümlədən kənar auditorun müəyyənləşdirilməsi üçün addımların atılmaması və müvəkkil bankın seçilməsinin bu Şura ilə razılaşdırılmaması hesabatlılıq və şəffaflıq prinsiplərinin tam tətbiqinə mane olmuşdur. Həmçinin qeyd edək ki, müvəkkil bankın fəaliyyəti ilə bağlı hesabatlılığın artırılması məqsədilə Fond tərəfindən bir sıra addımlar atılmışdır ki, bu da vəsaitin idarə olunmasına nəzarətlə bağlı müsbət amil kim dəyərləndirilir.

Nizamnamədə likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi məqsədilə investisiyaların cəlb olunması ilə bağlı nəzərdə tutulmuş vəzifənin icra olunmaması maliyyə imkanlarının genişləndirilməsinə təsir göstərmişdir.

Ayrı-ayrı mərhələlərin icrasına dair vaxt çərçivəsinin reqlamentləşdirilməməsi müraciətlərin təxminən 20,0%-nə kreditin 1 aydan çox müddətdə verilməsi ilə nəticələnmiş, bu, əsasən ali təhsil müəssisələrinin və müvəkkil bankın məsul şəxslərinin fəaliyyəti ilə əlaqədar olmuşdur. Göstərilənlər məsuliyyət mexanizmlərinin işlənilməsinin və tətbiqinin əhəmiyyətini bir daha qeyd etmək imkanı verir.

Başqa istiqamətin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabatlarda TTK-nin verilməsinə sərf olunmuş məbləğ kimi əks etdirilməsi həmin məlumatlar əsasında qərar qəbul edən, təhlillər aparan və proqnozlar tərtib edən dövlət qurumlarının bu fəaliyyətinə mənfi təsir amillərini formalaşdırmaqla yanaşı hədəf/icra uyğunluğunun da qiymətləndirilməsinə şərait yaratmır.

Auditin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Tələbə Təhsil Kredit Fondu tərəfindən sorğu və onlayn təlimlərin keçirilməsi zamanı yol verilmiş nöqsanlar üzrə artıq ödənilmiş vəsaitin bərpa olunması nəzərə alınmış, dövlət büdcəsinin icrası ilə bağlı hesabatda uyğunsuzluqlara dair Maliyyə Nazirliyinə məlumat göndərilməsi əks edilmişdir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://unikal.az
archiveBu xəbər 20 Dekabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri