Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

Pallone Bakıya gəlməyə məcbur idi

Pallone Bakıya gəlməyə məcbur idi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

“Amerikanın bu mübarizədə iştiraka davam etdiyini, öhdəliklərimizdən və müttəfiqlərimizdən imtina etməyəcəyimizi nümayiş etdirmək üçün COP29 iqlim konfransında iştirakı səbirsizliklə gözləyirəm”. Bunu ABŞ-nin ən fəal ermənipərəst siyasətçilərindən biri, konqresmen Frank Pallone noyabrın 16-da “X” platformasındakı hesabında yazıb. Şənbə günü Bakıya gələn Pallone ABŞ-nin COP29-dakı nümayəndə heyətinə qoşulub. Sonra da tələsik geri qayıdıb...

Onu Bakıda Azərbaycanın vətəndaş cəmiyyəti üzvlərindən bir qrup “səbirsizliklə” gözləyirdi. ABŞ Konqresində Azərbaycana qarşı qərar və qətnamələrin təşəbbüskarı, ermənipərəst mövqeyi ilə “məşhurlaşmış” Pallonenin BMT-nin nüfuzlu tədbirinə təşrif buyurmasını adını beynəlxalq gündəmə salmaq, eləcə də Azərbaycanı okeanın o tayından xəritədə deyil, yaxından görmək fürsətini əldən qaçırmamaq istəyi ilə də izah edə bilərik. Bütün hallarda Azərbaycan ABŞ qanunverici orqanının təmsilçisini beynəlxalq hüquq və demokratik qaydalara uyğun olaraq qarşıladı. Məgər Azərbaycandan, eləcə də qardaş Türkiyədən Vaşinqtona səfər edən yüksək çinli dövlət və hökumət rəsmilərinin orada erməni fəallarının etiraz piketləri ilə “qarşılanmasını” az görmüşük?

Mövzu ilə bağlı XQ-yə danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan–ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov əvvəlcə COP29-un əhəmiyyəti və Azərbaycana verdiyi şansları qeyd etdi: “Bu gün Azərbaycanı dünyaya, dünyanı da Azərbaycana ən yüksək səviyyədə təqdim edirik. Bu, təsadüfi deyil. Ona görə ki, Azərbaycanın yaratdığı yeni reallıq beynəlxalq münasibətlərə, dünya düzəninə ciddi təsir göstərib. Məhz bu təsirin nəticəsində dünyanın əksər dövlətləri COP29-un bizim ölkəmizdə keçirilməsinə müsbət yanaşdılar. BMT-nin bu tədbiri özlüyündə Azərbaycanın dünya siyasətində aparıcı ölkələrdən birinə çevrilməsinin göstəricisidir. Bakıya gələn qonaqların içində dostlarımızla yanaşı, düşmənlərimiz də var idi. Yəni, bizi qəbul edənlər və qəbul etməyənlərdir. Bəli, bu da təsadüfi deyil. Çünki Azərbaycan elə bir siyasət formalaşdırıb ki, onun reallığını nəzərə almamaq və burada olmamaq dünyada gedən proseslərdən kənarda qalmaq deməkdir”.

S.Seyidov ermənipərəst mövqeyi və anti–Azərbaycan çıxışları ilə tanınan Frenk Pallonenin COP29-a gəlməsi ilə bağlı bunları söylədi: “Düşünürəm ki, onun gəlişinin əsas səbəbi gündəmdə qalmaq, özünü dünya siyasətinin içində hiss etməkdir. Onlar ABŞ-da olduğu kimi, dünyada da uduzurlar və Bakıya gəlməyə məcburdurlar. Amma, bu, heç də o demək deyil ki, həmin qüvvələr mövqelərini dəyişəcəklər. Pallone Azərbaycana gəlişi ilə başa düşür ki, Bakı ilə başqa dildə danışmaq mümkün deyil. Yalnız bir dil var: Azərbaycanın mili maraqlarını nəzərə almaqla qarşılıqlı hörmət və qarşılıqlı anlaşma. Azərbaycan bu mövqeyini ərazi bütövlüyünü, suverenliyini bərpa etməklə, şəhidlərin qanı ilə qazanıb. Azərbaycan Prezidentinin apardığı qəti siyasəti, onun dəmir iradəsi, diplomatik fəhmi və cəsarəti ilə qazanıb. Bizim siyasətimiz yalnız cəsarətlə, qalxıb ucadan nəsə deməklə bağlı deyil. Elələrini eşidənlər azdır. Azərbaycanın sözü ona görə ağıllı və cəsarətlidir ki, 30 il müddətində bunu dilə gətirmək haqqını qazanıb”.

Azərbaycan Prezidentinin COP29-un tribunasından etdiyi çıxışının Böyük Britaniyanın “Telegraf” qəzetində dərc olunmasına diqqəti çəkən S.Seyidov bunun nadir hadisə olduğunu vurğuladı: “İndiyə qədər belə bir presedent olmayıb. Bu gün Azərbaycanın yürütdüyü dişli siyasət pallonelərin Bakıya gəlməsini şərtləndirir. Avropa Parlamentində bizə qarşı səs verən, danışan deputatları Azərbaycana gəlməyə məcbur edən həmin siyasətdir. Bu siyasətin dünyanın böyük dövlətləri tərəfindən nəzərə alınması artıq reallıqdır. Ölkəmiz Qərb və Şərq, Şimal və Cənub arasında sadəcə logistik əlaqələri deyil, eyni zamanda, qitələrarası siyasi əlaqələri ən yüksək səviyyədə təşkil etməklə dünyanın güc mərkəzlərindən birinə çevrilib. Unikal proses baş verir. COP29 bunu əyani şəkildə göstərdi. Dünyanın əksər dövlət başçıları, beynəlxalq təşkilatlar, tanınmış simalar Bakıdadırlar. Bu, dövlətimizin başçısının və Azərbaycan xalqının ən böyük uğurlarından biridir”.

* * *

ABŞ Konqresinin üzvü Palloneni Bakıda bu formada qarşılamaqla əndazənin bir qədər aşıldığını etiraf edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov həmin etirazın hansısa başqa şəkildə nümayişini məqbul saydığını bildirdi: “Pallone, sadəcə olaraq, ona görə Bakıya gəlmişdi ki, varlı dövlət kimi Azərbaycandan ermənilər üçün nəsə qoparmağın mümkün olub-olmadığını yoxlasın. Hamı kimi Pallone də çox gözəl anlayır ki, erməniləri onların istədiyi şəkildə Qarabağa qaytarmaq qeyri-mümkündür. Yəni, bundan sonra Qarabağdan könüllü getmiş erməniləri geri qaytarmaqdan ötrü heç kəs qolunu çırmayıb Azərbaycanla müharibə aparası deyil. Mənə elə gəlir ki, ABŞ Konqresində Pallonenin daxil olduğu həmin ermənipərəst qrupun məqsədi Azərbaycanı hansısa formada maliyyə baxımından yükləməkdir. Aydın məsələdir ki, rəsmi Bakı heç vaxt buna getməyəcək. Frenk Pallonenin Bakıda qarşılanma “mərasiminə” gəldikdə isə onu burada küncə sıxışdırmaq, səs-küy qaldırmağa ehtiyac yox idi. Çünki biz COP29-un bütün qonaqlarının təhlükəsizliyinə təminat vermişik. Amma onu da vurğulamaq istərdim ki, ABŞ-də bu, bir qayda olaraq, qəbul edilib: hansısa ölkədən rəsmi qonaqlar gələndə orada etiraz aksiyaları, piketlər keçirilir. Onlar bunu söz azadlığı, sərbəst toplaşmaq kimi insan hüquqları ilə izah edirlər. Azərbaycan və Türkiyənin rəhbərlərinə qarşı Vaşinqtonda ermənilər tərəfindən təşkil olunan biabırçılıqları yada salmaq istərdim. Bu zaman onlar da anlamalıdırlar ki, Bakıda adekvat münasibətlə üzləşə bilərlər. İntəhası, COP29 beynəlxalq tədbir olduğuna görə düşünürəm ki, Palloneni o cür emosional səviyyədə qarşılamağa ehtiyac yox idi”.

Məlum hadisəyə münasibətini açıqlayan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev də Pallonenin qarşılanması qaydasının daha düşünülmüş şəkildə qurulmasının gərəkliyini söylədi: “Digər tərəfdən, bizim fəalların emosionallığını da başa düşmək lazımdır. Frank Pallone uzun müddətdir ki, ABŞ Konqresində erməni lobbisinin əsas simalarından biridir. O ki qaldı onun BMT-nin iqlim sammitində iştirak etmək üçün gəldiyi Bakıda görüşləri, yaxud hər hansı çıxışlarını görmədim, oxumadım. Hətta sosial şəbəkələrdə postlarını da izlədim, amma hələlik Azərbaycana səfəri ilə bağlı heç bir paylaşım etməyib. Ümumiyyətlə, erməniləri dəstəkləyən konqresmen üçün Azərbaycanı ziyarət etmək bir fürsət idi. Bildiyim qədər, o, Bakıya qısa səfəri çərçivəsində Azərbaycan rəsmiləri, bəzi mötəbər şəxslərlə görüşmək arzusunu bildirib, amma ona bu imkanı yaratmayıblar. Yəni, heç kim onunla görüşmək istəməyib. Xatırladım ki, COP29-un gedişində ABŞ Senatı və aşağı palatada keçirilən bir neçə mətbuat konfransında da Polleni gözümə dəymədi. Həm də buna görə hesab edirəm ki, onun Bakıya səfəri, burada təmasları, fəaliyyəti tam aydın olmadı. Hesab edirəm ki, sadəcə, burada nələrin baş verdiyi ilə maraqlanmaqdan ötrü gəlmişdi. Ola bilsin ki, o, COP29-u Azərbaycanı görmək üçün yaranan bir fürsət kimi dəyərləndirib”.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən siyasi icmalçı Yeganə Hacıyeva beynəlxalq təcrübədə istər vətəndaş cəmiyyəti, istərsə də idman nümayəndələrinin bu və ya digər məsələyə, nəticəyə öz etirazlarını bildirmək mədəniyyətinin mövcud olduğunu qeyd etdi: “Misal üçün, Amerika Birləşmiş Ştatlarına səfər edən, az qala, hər ikinci dövlət rəsmisinə, tanınmış şəxsə qarşı görüşlərin keçirildiyi məkanlarda etiraz aksiyaları, piketlər təşkil olunur. Azərbaycan QHT-ləri də bu demokratik təcrübədən yararlanıblar. Sadəcə olaraq, etirazın forması ev sahibi olan dövləti haqlı olduğu halda haqsız duruma salmamalıdır. Amma, təkrar edirəm, QHT-lərin belə etiraz formaları dünyada qəbul edilmiş təcrübədən qaynaqlanır. Mən özüm COP29-un panellərinin qurulması, eləcə də nümayəndələrin qarşılanması və onların müşayiət olunması prosesinin iştirakçısıyam. Hökumətin müvafiq strukturlarının sammitə çox yüksək səviyyədə hazırlaşdığını, necə böyük və məsuliyyətli işləri gördüyünü müşahidə edirəm. Digər tərəfdən onu da demək istəyirəm ki, Frank Pallonenin Bakıya gəlişini bəlkə də, təxribat adlandırmaq olar”.

Yeri gəlmişkən, Pallonenin yerləşdiyi hotelin pəncərəsindən Hərbi Qənimətlər Parkı və Zəfər Tağı aydınca görünürmüş. Yəqin o, Azərbaycanın tarixi qələbəsinin əyani nişanələrinə ürək ağrısı ilə tamaşa edirmiş. Beləliklə, ABŞ-nin ermənipərəst konqresmeninin COP29 bəhanəsilə Bakıya gəlməyini və necə qarşılanmasını gördük, amma onun Azərbaycanı nə zaman tərk etdiyindən xəbərimiz olmadı. Bütün hallarda adı rəsmi Bakının “qara siyahısı”na düşmüş ermənipərəst siyasətçinin BMT-nin nüfuzlu tədbirinə qatılmasını əngəlləyən olmadı. Yəqin, Frank Pallonenin özü də hələ səfərindən xeyli əvvəl bilirdi ki, onu Bakıda gül-çiçəklə qarşılamayacaqlar...

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Noyabr 2024 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see339

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see281

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see246

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see242

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see236

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see235

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see226

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see226

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see217

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see217

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see205

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see205

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see204

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see202

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see200

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see196

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see188

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri